20 yanvar faciəsindən 36 il keçir: Azərbaycanda anım günüdür

20 yanvar

Şəklin mənbəyi, AzTV

1990-cı ilin 20 Yanvar faciəsindən 36 il keçir.

Azərbaycanda bu gün anım günüdür: 20 yanvar faciəsində həlak olanların xatirəsi anılır.

1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə sovet ordusunun əsgərləri müstəqillik tələb edən Bakıya hücum edib və mülki əhaliyə atəş açıb.

Rəsmi mənbələrə əsasən, faciə zamanı 137 insan həlak olub, yüzlərlə adam yaralanıb.

20 yavvar

Şəklin mənbəyi, Azertac

Şəklin alt yazısı, 20 yanvar faciəsində həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad olunub

Bu gün Bakı vaxtı ilə günorta saat 12-də Azərbaycanda 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərtac xəbər verir ki, nəqliyyatın hərəkəti dayandırılıb, gəmilərdən, avtomobillərdən, qatarlardan siqnallar verilib, hüzn əlaməti olaraq ölkənin şəhər və rayonlarında, kənd və qəsəbələrində Azərbaycanın Dövlət Bayrağı endirilib.

Bakıda insanlar Şəhidlər xiyabanını ziyarət edirlər.

Prezident İlham Əliyev Bakıda Şəhidlər xiyabanını yanvarın 18-də ziyarət edərək "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

O, X hesabında "20 Yanvar - Ümumxalq Hüzn Günü" başlığı ilə video çarx paylaşıb.

Əliyev 20 yanvar

Şəklin mənbəyi, president.az

Almaniyanın Azərbaycandakı səfirliyinin əməkdaşları da Şəhidlər xiyabanını ziyarət edib.

Səfirliyin X hesabında yazılıb:

"1990-cı il yanvarın 19-u və 20-si Bakıda həlak olanların əziz xatirəsini hörmətlə anırıq. Sovet İttifaqının dağılması zamanı yaranan qarışıqlıqdan demək olar ki, heç bir region Cənubi Qafqaz, o cümlədən Azərbaycan qədər çox əziyyət çəkməyib".

Paylaşımını ötürün X, 1
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

Paylaşımın sonu X, 1

Litvanın Prezidenti Gitanas Nauseda da öz X hesabında 20 yanvar faciəsini xatırladıb.

O yazıb ki: "Litva bu gün 1990-cı ilin yanvar ayında Sovet təcavüzü zamanı şəhid olan günahsız insanların müqəddəs xatirəsini yad edərkən Azərbaycanın yanındadır.

Sovet təcavüzü Azərbaycan xalqının iradəsini qıra bilmədi".

Paylaşımını ötürün X, 2
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

Paylaşımın sonu X, 2

İsrailin Azərbaycandakı səfirliyi də 20 yanvar hadisələri ilə bağlı X hesabında paylaşım edib.

Paylaşımda deyilir ki, "tankların kölgəsi altında xalqın iradəsi sınmadı; o, azadlıq andına çevrildi".

"Zaman keçir, amma dərs qalır: zülm müvəqqətidir, xalqın ruhu isə əbədidir. Biz gələcək naminə canlarını fəda edənləri anır, onların fədakarlığından güc alaraq gələcək nəsillər üçün sülh və harmoniya qururuq", - səfirlik bildirib.