Kaliforniya sahillərində tapılan nadir balıq alimləri çaş-baş qoyub

Balıq

Şəklin mənbəyi, Thomas Turner/Reuters

Şəklin alt yazısı, Balıq kaliforniya sahilində tapılıb

Cənub yarımkürəsinin isti sularında yaşayan günəş balığı ABŞ-ın Kaliforniya ştatındakı çimərlikdə aşkar olunub.

Santa-Barbara şəhəri sahilində uzunluğu 2.1 m. olan balığın tapılması alimləri çaş-baş qoyub.

Onlar yalnız ilıq sularda yaşayan canlının ekvatoru aşaraq Şimali Amerikaya necə gəlib çatdığını anlamağa çalışırlar.

Kaliforniyadakı Coal Oil Point qoruğunun ərazisində nadir balığı yerli universitetin bioloqu aşkar edib.

O, dəniz canlısının hansı növə məxsus olduğunu öyrənmək üçün onun şəkillərini sosial mediada paylaşıb.

Balıq

Şəklin mənbəyi, Thomas Turner/Reuters

Məlum olub ki, canlı yalnız 2014-cü ildə aşkar edilmiş balıq növünə aiddir.

Görüntülər 5 il əvvəl bu balığı aşkar edərək ona mola tecta adını vermiş alimi təəccübləndirib.

"Daya aydın şəkillər gələndə, şübhələrə artıq yer qalmadığını dərk etdim", - Marianne Nyegaard CNN telekanalına müsahibəsində bildirib.

"Çox maraqlıdır. Balığı ekvatoru keçməyə vadar edən nədir?