Rusiya dopinq qalmaqalı: testlərə “maneələr törədilib”

Dopinqin istifadəsində ittiham edilən Rusiya idmançılarına beynəlxalq yarışlarda çıxış etmək qadağan olunub.

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Dopinqin istifadəsində ittiham edilən Rusiya idmançılarına beynəlxalq yarışlarda çıxış etmək qadağan olunub.

Rusiyada idmançıları testdən keçirən anti-dopinq qurumunun rəsmilərinə maneələr törədilib, onlar təhlükəsizlik xidməti tərəfindən hədələnib, Dopinq Əleyhinə Beynəxalq Agentliyin (WADA) son hesabatında deyilir.

WADA-nın bəyanatı Rusiya idmançılarının 2016-cı il Rio Olimpiadasında iştirakının müəyyən edilməsindən iki gün əvvəl səslənib.

Dövlət himayəsilə dopinqin istifadəsində ittiham edilən Rusiya idmançılarına beynəlxalq yarışlarda çıxış etmək qadağan olunub.

Cümə günü idman qurumları rəhbərlərinin görüşündə Rusiyaya qarşı tətbiq edilən qadağanın ləğv edilib-edilməməsi barədə qərar çıxarılacaq.

WADA hesabatında nə deyilir?

  • 455 testdən 73-ü almaq mümkün olmayıb.
  • 736 test keçirmək müraciəti rədd və ləğv edilib.
  • 23 testin vaxtı ötürülüb, hesabatda bu "əhəmiyyətli rəqəm adlandırılır"
  • 52 testin nəticəsi qeyri-kafi tanınıb.

May ayında Moskva anti-dopinq laboratoriyasının sabiq rəhbəri 2014-cü ildəki Soçi Olimpiadası vaxtı idmançıların dopinq qəbul etdiyini bildirib.

Kreml dövlətin iştirakı ilə Rusiya atletləri arasında dopinqdən istifadə hallarının geniş yayılması barədə ittihamları rədd edib.

<bold>Həmçinin oxuyun</bold>: <link type="page"><caption> Azərbaycanlı idmançılar dopinqdən istifadə edirmi</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2016/06/160615_doping_azeri_weightlifting" platform="highweb"/></link>?