Dopinq qalmaqalı: Kreml iddiaların "əsassız" olduğunu deyir

Komissiya bildirib ki, 2012-ci ilin London Olimpiadasında Rusiya sabotajla məşğul olub.
Şəklin alt yazısı, Komissiya bildirib ki, 2012-ci ilin London Olimpiadasında Rusiya sabotajla məşğul olub.

Kreml dövlətin iştirakı ilə Rusiya atletləri arasında dopinqdən istifadə hallarının geniş yayılması barədə ittihamları rədd edib.

Kreml rəsmisi Dmitri Peskov bu iddiaların əsassız olduğunu deyib.

Rusiya atletika federasiyasının (ARAF) icraçı rəhbəri Vadim Zeliçenok deyib ki, keçmiş problemlər artıq həll olunub, yeni hesabatda isə "yeni faktlar" cüzidir.

Hesabatda xüsusi xidmət orqanlarının da iştirak etdiyi saxtalaşdırma mədəniyyəti təsvir olunub.

Deyilib ki, nə ARAF, nə dəki Rusiya ant-dopinq agentliyi (RUSADA) anti-dopinq prosedurlarına əməl etməyiblər.

Ümumdünya anti-dopinq agentliyi (WADA) müstəqil komissiyasının hazırladığı hesabat idman aləmində qalmaqala səbəb olub.

Avstraliya Rusiyanı gələn il Rio-de-Janeyro şəhərində keçieriləcək Olimpiadadan kənarlaşdırılması da daxil bütün yarışlardan diskvalifikasiya olunması tələbini dəstəkləyib.

Beynəlxalq yüngül atletika federasiyaları assosiyasının (IAAF) başçısı lord Coe ittihamlara cavablandırmaq üçün ARAF-a bu həftənin sonunadək vaxt verib.

WADA Moskavadakı dopinq laboratoriyasının akkreditasiyasını geri çağırıb.

WADA Moskvadakı dopinq analizi laboratoriyasının akkreditasiyasını ləşv edib.
Şəklin alt yazısı, WADA Moskvadakı dopinq analizi laboratoriyasının akkreditasiyasını ləşv edib.

"İttahmlar sübut-dəlillə əsaslanmalıdır. Bunlar yoxdusa, ittiham əsassızdır", Kreml sözçüsü Dmitri Peskov bildirib.

İdman naziri Vitali Mutko ARAF tərəfindən yüzlərlə dopinq analizi nümunələrinin WADA-nın Moskva laboratoriyasında qeyri-qanuni məhv edilməsi iddiasını qətiyyətlə təkzib edib.

O, bunun WADA-nın xahişilə edildiyini vurğulayıb.

ARAF rəhbəri Vadim Zelichenok etiraf edib ki, əvvəllər problem olub.

"Lakin indi rüşvətxorluq yoxdur", o, BBC-ə deyib.

RUSADA-nın icraçı direktoru Nikita Kamayev təşkilatının WADA standartlatına əməl etdiyini bildirib.

Rusiya İdman naziri Vitali Mutko analiz nümunələrinin WADA-nın tələbilə məhv edildiyində təkid edir.
Şəklin alt yazısı, Rusiya İdman naziri Vitali Mutko analiz nümunələrinin WADA-nın tələbilə məhv edildiyində təkid edir.

İdman Nazirliyi bəyanatında WADA ilə əməkdaşlığa hazır olduğunu qeyd edərək, ölkənin "idmanda dopinqdən istifadə edilməsinə qarşı mübarizəyə sadiq qaldığını" vurğulayıb.

Deyilib ki, WADA-nın apardığı iş Rusiyaya "anti-dopinq sistemini təkmilləşdirməyə" kömək edəcək.

Nazirlik "hesabatda qaldırılmış məsələlərin gözlənilməz" olmadığını qeyd edərək, ARAF-dakı problemlərdən xəbərdar olduğunu, yeni rəhbərlərin və baş məşqçinin iştirakı ilə həmin problemlərin aradan qaldırılması üçün addımların atıldığını bildirib.

Eyni zamanda, Nazirlik RUSADA və anti-dopinq laboratoriyasının işinə qarışmadığını təkidlə qeyd edib.

Rusiya İdman Nazirliyi hesab edir ki, "beynəlxalq anti-dopinq təşkilatları" da yoxlamadan keçirilməlidir.

WADA-nın müstəqil komissiyası Rusiya yüngül atletikasında dopinqdən istifadə halları barədə ittihamları araşdırıb.

Həmin ittihamlarda IAAF-ın da adı hallanıb. Hesabat bu təşkilatın özü tərəfindən keçirdiyi araşdırmanın nəticələrinə əsaslanır.

Hesabatda deyilir ki, şübhəli dopinq analizləri olan idmançılara qarşı "tədbir görülməməsi nəticəsində" London 2012 Olimpiadası "sabotaja məruz qalıb".

Hesabatda 5 idmançı və 5 məşqçinin dopinqə görə ömürlük diskvalifikasiyası təklif olunub.

İnterpol dopinq və korrupsiya ilə bağlı qlobal istintaqı əlaqələndirəcəyini bildirib.