Rusiya anti-dopinq agentliyinin keçmiş rəhbəri “ölüb”

Şəklin mənbəyi, RIA Novosti
Rusiya anti-dopinq agentliyi olan Rusada-nın keçmiş icraçı direktoru Nikita Kamayev vəfat edib, Tass xəbər agentliyi bildirib.
O, iki ay bundan əvvəl Rusiya atletləri ilə bağlı yaranmış qalmaqaldan sonra istefa vermişdi.
Tass agentliyi Rusada-nın keçmiş baş direktoru Ramil Xabriyevə istinadən onun ürək çatışmazlığından öldüyünü bildirib.
Rusiya keçən noyabrda beynəlxalq atletika yarışlarından kənarlaşdırılıb.
Dünya Anti-Dopinq Agentliyinin kommissiyası Rusiyanı dövlət tərəfindən dəstəklənən dopinq və korrupsiyada təqsirləndirib.
“Görünür, infarkt keçirib,” Tass cənab Xarbiyevə istinadə yazıb.
Onun sözlərinə görə, cənab Kamayev əvvəllər ona ürəyi ilə bağlı heç vaxt narahatlığını bildirməyib.
Noyabr ayında Rusiya Beynəlxalq Atletika Assosiasiyası tərəfindən Olimpiya Oyunları da daxil olmaqla beynəlxalq atletika yarışlarından müvəqqəti kənarlaşdırılıb.




