İsveçrə: Dünyanın ən uzun və dərin dəmiryol tuneli işə düşüb
Dünyanın ən uzun və ən dərin dəmiryol tunelinin 20 ildən çox aparılan tikinti işlərindən sonra İsveçrədə rəsmi açılış mərasimi keçirlib.
57 kilometr uzunluğunda olan Gotthard tuneli, İsveçrənin Alp dağlarının altından keçərək şimal və cənubi Avropanı birləşdirən yüksək sürətli dəmiryol xətti olacaq.
İsveçrə deyir ki, bu, Avropa yük daşıma nəqliyyatında inqilab olacaq.
Milyonlarla yük maşınlarında nəqliyyat yolu ilə daşınan məhsullar il ərzində qatarla daşınacaq.

Bu tunel, Yaponiyanın 53.9 kilometrlik uzunluğunda olan Seikan dəmiryol tunelini geridə qoyaraq Böyük Britaniya ilə Fransanı birləşdirən 50.5 kilometrlik Channel Tunnel-i üçüncü pilləyə endirib.
Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Francois Hollande və İtaliyanın baş naziri Matteo Renzi təntənəli açılışa qatılacaq.
"Bu, İsveçrənin özəlliyinin bir hissəsidir", federal nəqliyyat xidmətinin direktoru Peter Fueglistaler Reuters xəbər agentliyinə deyib.
"Bizim üçün Alp dağlarını fəth etmək hollandlıların okeanı kəşf etməsi kimi bir şeydir."

Şəklin mənbəyi, Reuters
12 milyad dollardan çox dəyəri olan layihə 1992-ci ildə keçirilən referendumla İsveç seçiciləri tərəfindən dəstəklənib.
Tamamlanmış tunel dağın səthindən 2,3 kilometr dərinlikdən və temperaturu 46 dərəcəyə çatan qayalıqlar arasından keçir.


Mühəndislər bəzən qranit kimi bərk, bəzən isə qənd kimi yumşaq olan 73 müxtəlif qayalar üzərindən qazma və partlatma işlərini həyata keçiriblər. Yolun çəkilişində 9 işçi dünyasını dəyişib.
Dekabr ayında xidmət tam işə düşəndə Zurich və Milan arasında səyyahət edən turistlərin yola sərf etdiyi vaxt 2 saat 40 dəqiqəyə qədər azalacaq.
Tunel on il ərzində geri qaytarılması şərtilə əlavə dəyər və yanacaq vergisi, ağır texnika daşınması üçün ödənişlər və dövlət kreditləri sayəsində maliyyələşdirilir.




