Bosfor boğazı altından çəkilən tunel İstanbulun iki sahilini birləşdirir
Bosfor böğazı altından çəkilmiş dəmir yolu tuneli İstanbul şəhərinin Avropa ilə Asiya sahillərini birləşdirib.
Rəsmilər bildirirlər ki, 1.4 km uzunluğunda olan tunel Bosfor üzərindən keçən şəhərin iki körpüsünə nəqliyyat təzyiqini azaldacaq.
4 milyard dollarlıq inşaat layihəsi Çinlə Avropanı birləşdirən nəqliyyat kəmərinin bir hissəsi kimi görünür.
Türkiyənin Baş Naziri Recep Tayyip Erdoğanın tənqidçiləri tuneli, onun şəhər meri olarkən ən möhtəşəm tikinti layihələrindən biri kimi görür.
Hərçənd ki, onlara görə, üçüncu aeroportun, paralel kanal və Bosfor üzərindən üçüncu körpünün tikintisi cənab Ərdoğanın “paranoik ambisiyaları”dır.