Türkiyə Bosfor boğazı altından yeni tunelin açılışını edəcək

Türkiyədə Bosfor Boğazının altından keçərək İstanbulun Asiya və Avropa sahillərini birləşdirən dəmiryol tuneli istifadəyə veriləcək.
Türkiyənin baş naziri Recep Tayyip Ərdoğan 1860-ci ildə Osmanlı sultanının düşündüyü bu sualtı layihə ideyasının həyata keçməsi üçün illərlə mübarizə aparıb.
İşlərə 2004-cü ildə başlanılsa da, arxeoloji tapıntılar tikintini gecikdirib.
Yaponiya ümumi dəyəri 4 milyard dollar olan 0,8 mil (14 km) tunelin 1 milyardını onun zəlzələlərə dayanması üçün maliyyələşdirib.
Tunelin çərşənbə axşamı Bakı saatı ilə saat 17.00-da (13:00 GMT) açılacağı deyilir.
BBC müxbiri James Reynolds İstanbuldan yazır ki, tunel artıq hazırdır və Türkiyə höküməti Bosfor altından keçən yeni xəttin Çindən bütün qərbi Avropaya gedən əhəmiyyətli ticarət xəttinə keçəcəyinə ümid edir.
Cənab Ərdoğanın tənqidçiləri tuneli, onun şəhər meri olarkən ən möhtəşəm tikinti layihələrindən biri kimi görür.
Hərçənd ki, onlara görə, üçüncu aeroportun, paralel kanal və Bosfor üzərindən üçüncu körpünün tikintisi cənab Ərdoğanın “paranoik ambisiyaları”dır.
Hökümət bu ilin əvvəlində İstanbulda parkdakı ağacları kəsmək istərkən gərgin xalq etirazı ilə üzləşib.
AFP yazır ki, tunel rəsmən açılsa da, hələlik tam istifadəyə verilməyəcək.
"Xidmət göstərməyə hazır hissələr məhduddur. Hər şey çox gecikdirilib”, İstanbul Şəhər Planlaması Şöbəsinin prezidenti Tayfun Kahraman deyib.
"Biz açılışın belə tezləşdirilməsindən narahatıq”, o bildirib.
Yaponiyanın baş naziri Shinzo Abe də açılışda iştirak edəcək. Bu, Yaponiya Bankının layihənin əsas maliyyə dəstəkçisi olması statusunun tanınması üçündür.
Şəhər rəsmiləri deyir ki, tunel mövcud iki körpüyə olan yüklənməni, həmçinin tıxacları və ətraf çirklənməni azaldacaq.




