Londonla Fransanı birləşdirən Eurotunnel problemlərinə görə gecikmələr
Londondan yeraltı tunel vasitəsilə Avropaya aparan Eurostar qatarlarını bu həftə istifadə edənlər üçün gecikmələr davam edir.
Britaniyanı Fransaya birləşdirən 50 kilometrlik tunel çərşənbə axşamı günü qismən yenidən açılacaq, amma bir sıra reys ləğv olunub.
Eurotunnel deyir ki, bazar ertəsi bir qatarın sınmasına səbəb olan problemi həll etmək üçün işlər hələ davam etməkdədir.
Bazar ertəsi qatarüstü kabellərdəki qüsura görə dayanan qatar nəticəsində onlarla adam yolda qalıb.