İsveçrə: brilyantların yaz hərracı

Sotheby's evinin Genevrədə təşkil etdiyi hərraca başqa daşlarla yanaşı 100.09 karat çəkisində Graff Vivid Yellow brilyantı çıxarılacaq.

Ən iri sarı rəngli brilyantlardan biri olan bu daşın 15-25 milyon dollara satılacağı gözlənilir.

Brilyant 2005-ci ildə Cənubi Afrikada aşkar olunmuş 190 karat çəkisində almazdan kəsilib.

Mayın 13-də açılan hərracdan öncə satışa çıxarılan qiymətli daşlara BBC-nin televiziya qrupu nəzər salıb.

Video şərhsizdir.