Suriya: münaqişənin əvvəlindən bəri "ən iri təxliyə əməliyyatı"

Şəklin mənbəyi, Reuters
Beynəlxalq agentliklərin 5 ildir ki, davam edən münaqişə ərzində "ən irimiqyaslı" humanitar əməliyyatı gedişatında mühasirədə olan şəhərlərdən 500 yaralı təxliyə edilməkdədir.
Bu adamların yarısı hökumət qoşunlarının, o biri hissəsi isə üsyançıların mühasirəsində olan ərazilərdən çıxarılır.
Suriyada BMT-nin humanitar proqramlarının rəhbəri əməliyyatın uğurlu keçdiyi barədə məlumatlandırıldığını bildirib.
Jan Egeland mühasirədə olan şəhərlərdən yaralıların çıxarılmasını “ən irimiqyaslı təxliyə” kimi dəyərləndirib.
250 adam hökumətpərəst qüvvələrin mühasirəsində olan Zabadani və Madaya şəhərlərindən çıxarılıb.
Daha 250 nəfərin üsyançı qüvvələri tərəfindən əhatə alınnmış Foah və Kefraya şəhərlərindən təxliyə olunduğu bildirilir.
Bu arada Cenevrədə bir həftə əvvəl başlanan sülh danışıqları çətinliklərlə üzləşib.
Hökuməti atəşkəsin pozulmasında ittiham edən müxalifət nümayəndələri danışıqlar masasını tərk ediblər.
Bu 7 həftədir ki, qismən hökm sürən atəşkəsin təmin olunacağı barədə şübhələrə zəmin yaradıb.
Fəallara əsasən çərşənbə axşamı hökumət qüvvələrinin hava zərbələrində 40 adam həlak olub.




