İD liderinin dul arvadı amerikalı girovun ölümünə görə ittiham edilir

Şəklin mənbəyi, EPA
Özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın keçmiş baş liderinin dul arvadı amerikalı girovun ölümü ilə bağlı sui-qəsddə ittiham olunub, ABŞ hökuməti bildirib.
Kayla Mueller Suriyanın Hələb şəhərində işləyərkən oğurlanıb və ötən il vəfat edib.
İttiham edilən qadın 25 yaşlı Umm Səyyaf kimi tanınan Nəsrin Əsəd İbrahim Bahar hazırda İraq həbsxanasında saxlanılır.
Prokurorlar bildirir ki, Səyyaf Kayla Muelleri əsir saxlayıb və İD başçısı Əbu Bəkr əl-Bağdadi tərəfindən dəfələrlə təcavüz edilməyinə imkan yaradıb.
Onun əri Əbu Səyyaf birbaşa Bağdadiyə hesabat verən İD-in neft və qaz naziri kimi təsvir edilir.
Əbu Seyyaf ötən ilin may ayında ABŞ qüvvələrinin həyata keçirdiyi reyd zamanı ölüb.
Onun dul həyat yoldaşı İraq prokurorluq orqanlarına təhvil verilib.
2013-ci ildə oğurlanan Kayla Mueller yardım işçisi kimi Suriyaya səfər etmişdi.




