İslam Dövləti girov Kayla Mueller-in öldüyünü deyir

Şəklin mənbəyi, Reuters
İslam Dövləti (İD) yaraqlıları amerikalı girovun İordaniya tərəfindən həyata keçirilən hava zərbəsi nəticəsində öldüyünü deyir. Lakin girovun valideynləri onun hələ də sağ olduğuna "ümidli" olduqlarını bildirirlər.
Yardım işçisi Kayla Jean Mueller-in valideynləri İD-ni onlarla əlaqə saxlamağa və qızları ilə "qonaq" kimi davranmağa çağırıblar.
Ağ Ev rəsmiləri deyirlər ki, onun öldüyünü göstərən heç bir sübut görməyiblər.
İD 26 yaşlı Muellerin "öldüyü" dağılmış binanın fotolarını dərc edib, lakin girovun görüntülərini yaymayıb.

Şəklin mənbəyi, mueller family
İD-nin dediyinə görə, İordaniya təyyarələri Rakka şəhərindəki binanı bombalayıb. Rakka İD-nin nəzarəti altındadır.
Cümə axşamından Suriyadakı İD-ə qarşı hava zərbələri həyata keçirən İordaniya bu məlumatları təbliğat adlandıraraq təkzib edib.
