Yaponiya: girov Kenji Goto-nun "başının kəsilməsi" hiddət yaradıb

Kenji Goto

Şəklin mənbəyi, AFP

Yaponiyalı girov Kenji Goto-nun İslam Dövləti döyüşçüsü tərəfindən başının kəsilməsini göstərən video Yaponiyada qəzəblə qarşılanıb.

Baş nazir Shinzo Abe deyib ki, Yaponiya "terrorçuluğa baş əyməyəcək" və o, İD-ə qarşı vuruşan ölkələrə dəstəyini genişləndirəcək.

İD deyir ki, yaponiyalı girovlar Yaponiyanın verdiyi maddi yardıma görə götürülür.

Hadisədən bir həftə öncə daha bir yaponiyalı kişi, Haruna Yukawa-nın başının kəsilməsini göstərən video da dərc olunmuşdu.

Şəklin mənbəyi, Getty

Kenji Goto-nun anası

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Kenji Goto-nun anası

47 yaşlı cənab Goto müharibə zonalarında dinc sakinlərin əziyyətləri barədə hazırladığı reportajlara görə tanınan jurnalistdir. O, oktyabr ayında, məlumata görə cənab Yukawa-nın azad edilməsini təmin etmək üçün Suriyaya getmişdi.

İD tərəfindən dərc edilmiş videonun gerçəkliyi təsdiq olunmayıb lakin Yaponiya rəsmiləri onun gerçək olduğunu düşünür.