"İD qətlindən" sonra Obama Yaponiyaya başsağlığı verib

Şəklin mənbəyi, AFP

Yaponiyalı girovun İD yaraqlıları tərəfindən qətlə yetirilməsini göstərən video yayılandan sonra ABŞ prezidenti Barack Obama Yaponiyanın Baş naziri Shinzo Abe-yə zəng edərək ona başsağlığı verib.

Cənab Obama deyib ki, ABŞ Yaponiya ilə "çiyin-çiyinə" dayanır.

Cənab Abe deyib ki, Haruna Yukawa adlı girovun İD tərəfindən öldürülməsini göstərən videonun güman ki, gerçək olduğunu qəbul edib.

Baş nazir videoda göstərilən ikinci yaponiyalı girovun azad edilməsini tələb edib. Məlumata görə, ikinci girov Kenji Goto-dur.

Çərşənbə axşamı İD demişdi ki, Yaponiya 72 saat ərzində $200 milyon (156 milyon AZN) ödəməsə iki kişi öldürüləcək.