Böyük Britaniya A321 təyyarəsinə bomba yerləşdirilməsindən şübhələnir

Göyərtədəki 224 nəfərin ölümü ilə nəticələnmiş qəzanın baş verdiyi təyyarədə sərnişinlərin əksəriyyəti rusiyalı olub

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Göyərtədəki 224 nəfərin ölümü ilə nəticələnmiş qəzanın baş verdiyi təyyarədə sərnişinlərin əksəriyyəti rusiyalı olub

Rusiya təyyarəsinin Misirdə qəzaya uğramasının səbəbini araşdıran Böyük Britaniya müstəntiqləri hesab edirlər ki, bomba uçuşdan əvvəl təyyarənin baqaj hissəsinə qoyulub, BBC öyrənib.

Hökumət xüsusi xidmət qüvvələrinin Sinay yarımadasında yaraqlıların arasındakı xəbərləşməni ələ keçirdikdən sonra terrorizm iddiasını ortaya qoyub.

Böyük Britaniya çərşənbə günü Misirin Şarm əl-Şeyx kurortundan uçuşları <link type="page"><caption> dayandırıb</caption><url href="http://www.bbc.com/azeri/international/2015/11/151104_uk_sharm_delays" platform="highweb"/></link>.

Orda olan britaniyalılar cümə günü ölkələrinə qayıda biləcəklər, amma bu zaman onlara yalnız əl baqajı götürməyə icazə verilib.

Kogalymavia Airbus A-321 şənbə günü Şarm əl-Şeyxdən Sankt Peterburqa yola düşəndən 23 dəqiqə sonra qəzaya uğrayıb. Göyərtədəki 224 nəfərin ölümü ilə nəticələnmiş qəzanın baş verdiyi təyyarədə sərnişinlərin əksəriyyəti rusiyalı olub.

BBC-nin təhlükəsizlik üzrə müxbiri Frank Gardner deyir ki, Britaniya rəsmiləri təyyarə qəzasının səbəb kimi texniki nasazlığın mümkünlüyünü istisna etmir, amma bu ehtimala getdikcə daha az inanılır.

Böyük Britaniyanın təhlükəsizlik xidməti müstəntiqləri uçuşdan öncə partlayıcı maddəni yükün üzərinə qoya biləcək təyyarənin baqaj kupesinə çıxışı olan birinin şübhəli olduğu qənaətindədirlər, o əlavə edir.

Sinayda yerləşmiş İslam Dövləti (İD) qruplaşması ilə əlaqəli yaraqlılar təyyarəni vurduqlarını <link type="page"><caption> iddia ediblər</caption><url href="http://www.bbc.com/azeri/international/2015/11/151104_isis_a321_claim" platform="highweb"/></link>. İD Suriyada hava kampaniyası həyata keçirən Rusiya və ABŞ-a qarşı müharibəyə çağırış edib.

ABŞ Prezidenti Barak Obama cümə axşamı CBS radiostansiyasına bildirib ki, o, qəzaya uğramış təyyarədə bomba ola biləcəyinin "mümkünlüyü" barəsində düşünüb.

"Biz buna çox ciddi yanaşırıq," deyə o bildirib.

Misirin Şarm əl-Şeyx hava limanı

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Misirin Şarm əl-Şeyx hava limanı

Lakin, həm Misir, həm də Rusiya bəyan edib ki, nəticə çıxarmaq hələ tezdir.

Çərşənbə günündən başlayaraq, bir sıra ölkələr Şarm əl-Şeyxdən səyahəti məhdudlaşdıran Britaniyaya qoşulub.

Fransa və Belçika öz vətəndaşlarına kurorta səyahət etməməyi məsləhət görüb. Hollandiya isə vətəndaşlarına kurortun hava limanı vasitəsilə səyahətə qarşı xəbərdarlıq edib.

Almaniyanın Lufthansa aviaşirkəti deyib ki, onun törəmə kompaniyaları Edelweiss və Eurowings "qabaqlayıcı" tədbir kimi kurorta uçuşları dayandırıb.

Rusiya təyyarələri isə hələ də və kurortdan uçuşlar həyata keçirir.

"Nə baş verdiyi haqqındakı versiyalar və qəzanın səbəbi yalnız rəsmi araşdırmadan sonra deyilə bilər," Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitry Peskov bildirib.

Turizmdən yüksək dərəcədə asılı olan Misir bəyan edib ki, Britaniyanın aviareyslərin dayandırılması barəsindəki qərarı əsassızdır.

Britaniyada səfərdə olan Misir prezidenti Əbdül Fəttah əl-Sisi hava limanında təhlükəsizlik tədbirlərinin Britaniyanın xahişi ilə 10 ay əvvəl gücləndirildiyini deyib.

O həm də bildirib ki, Britaniyanın narahatlığını başa düşür.

Misir rus və digər xarici mütəxəssislərin köməyi ilə hava fəlakəti ilə bağlı araşdırma aparır.

Rusiyada təyyarə qəzası qurbanları üçün yas mərasimləri keçirilib

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Rusiyada təyyarə qəzası qurbanları üçün yas mərasimləri keçirilib