Qərb kəşfiyyatı hesab edir ki, airbus A321 təyyarə qəzasına bomba səbəb ola bilər

Şəklin mənbəyi, AFP

ABŞ və Britaniya kəşfiyyat xidmətlərinin ehtimalınca, Rusiya A321 təyyarəsinin 224 nəfərin ölümü ilə nəticələnmiş Misirdə qəzaya uğramasına səbəb təyyarənin göyərtəsində bomba partlayışı ola bilər.

Amma onlar deyirlər ki, hələ rəsmi nəticəyə çatmayıblar.

"Belə qənaətə gəldik ki, təyyarənin göyərtəsində partlayıcı qurğunun qəzaya səbəb ola biləcəyinə əhəmiyyətli ehtimal var," dövlət fövqəladə komitəsinin (COBRA) çərşənbə günü baş tutan görüşündən sonra Böyük Britaniyanın xarici işlər naziri Philip Hammond jurnalistlərə bildirib.

Daha öncə Böyük Britaniya təyyarənin yola çıxdığı Şarm əl-Şeyx kurortundan uçuşları dayandırıb.

Rəsmi Misir təyyarənin İslam Dövləti qruplaşması ilə əlaqəli yaraqlılar tərəfindən vurulmasına dair iddiaları rədd edib.

Rusiyalı ekspertlər deyirlər ki, bu barədə danışmaq hələ tezdir.

Ayrıca çərşənbə günü Misir rəsmiləri bildirib ki, Metrojet Airbus 321-in kabinəsinin diktofonu qəza zamanı zərər görüb.

Lakin uçuş məlumat qeydedicisindən müstəntiqlər tərəfindən təhlil etməyə hazır olan informasiya əldə etmək mümkün olub, Misirin mülki aviasiya naziri Məhəmməd Hossam Kamal bildirib.

Kogalymavia Airbus A-321 şənbə günü Şarm əl-Şeyxdən Sankt Peterburqa yola düşəndən 23 dəqiqə sonra qəzaya uğrayıb. Göyərtədəkilərin əksəriyyəti rusiyalı olub.

Philip Hammond onu da deyib ki, Britaniya qeyri-müəyyən müddətə və Şarm əl-Şeyx şəhərindən bütün uçuşları dayandırır və Böyük Britaniya vətəndaşları üçün orada əlavə təhlükəsizlik tədbirləri görülür.

Bu addım Misir Prezidenti Əbdül Fəttah əl-Sisinin Britaniyaya səfəri zamanı atılıb və Cənab Hammond bildirib ki, uçuşların dayandırılması barədə qərar "çox könülsüz" qəbul edilib.

O deyib ki, britaniyalı vətəndaşların təhlükəsizliyi və mühafizəsi digər şeylərdən öndədir.

Bundan əvvəl, Baş Nazir David Cameronun ofisi Böyük Britaniyanın aviasiya ekspertlərinin təhlükəsizlik vəziyyətinin qiymətləndirilməsi üçün Şarm əl-Şeyx şəhərinə göndərildiyini bildirib.

Misirin xarici işlər naziri Samih Şükri Böyük Britaniyanın addımını "vaxtından əvvəl və əsassız" adlandırıb. O, BBC-yə deyib ki, Misirin Şarm əl-Şeyx hava limanında təhlükəsizliyin möhkəmlənməsi üçün "müstəsna tədbirlər" qəbul edilib.

Cümə axşamı baş tutacaq Cənab Cameron və Prezident Sisinin danışıqları zamanı təhlükəsizlik problemləri və Sinay təyyarə qəzası gündəlikdəki əsas mövzulardan olacağı gözlənilir.

Adı çəkilməyən ABŞ rəsmisi də AFP agentliyinə "bomba mümkün ssenaridir" deyib.

Amma məmurlar vurğulayıb ki, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən qara qutu hələ də təhlil edilir.

Şəklin mənbəyi, AP

Qrafik: KGL9268 reysinin kursu:

  • Misir vaxtı ilə 05:58 (03:58 GMT): Reys Şarm əl-şeyxdən yola düşür
  • Misir vaxtı ilə 06:14 (04:14 GMT): Rusiya hava nəqliyyatı agentliyi rəsmisinin sözlərinə görə, təyyarə Kiprdə Larnakada yerləşən hava hərəkətinin nəzarəti ilə əlaqə yarada bilmir
  • Misir vaxtı ilə 06:17, təxminən (04:17 GMT): Təyyarə Sinay yarımadasının ərzisində qəzaya uğrayır
  • Misir vaxtı ilə 11:12, (09:12 GMT): Təyyarə Sankt-peterburqun Pulkovo hava limanında yerə enməli idi