Velikiy Novqorod: A321 aviaqəzasında ölənlərin ilk dəfn mərasimi

Misirdə qəzaya uğrayan təyyarədə 15 Novqorod sakinin olduğu məlumdur.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Misirdə qəzaya uğrayan təyyarədə 15 Novqorod sakinin olduğu məlumdur.

Rusiyanın Velikiy Novqorod şəhərində Kogalymavia şirkətinə məxsus təyyarədə ölənlər arasında kimliyi müəyyən edilmiş ilk şəxsin dəfn mərasimi başlayıb.

Mərhum Nina Luşşenkonun cənazəsi vidalaşma mərasimi üçün Velikiy Novqorod şəhərinin müqəddəs Boris və Qleb Kilsəsinə gətirilib.

Misirdə qəzaya uğrayan təyyarədə 15 Novqorod sakinin olduğu məlumdur.

Bundan əvvəl Rusiyanın Sankt-Peterburq şəhərində Sinay yarımadasındakı aviaqəzada ölən sərnişinlərdən 9 nəfərin cəsədi yaxınları tərəfindən tanınıb.

Tanınma üzrə tədbirlər davam edir.

Kogalymavia şirkətinə məxsus Airbus A321 təyyarəsi oktyabrın 31-də Şarm əl-Şeyxdən Sankt-Peterburqa yollanarkən Sinay yarımadası üzərində qəzaya uğrayıb. Göyərtədə olan 224 adam həlak olub.