Miqrantları daşıyan qayıq Türkiyə sahili yaxınlığında batıb

Türkiyə sahili yaxınlığında miqrantları daşıyan qayıq batıb.

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Türkiyə sahili yaxınlığında miqrantları daşıyan qayıq batıb.

İçində Yunanıstan sahilinə çatmağa çalışan miqrantlar olan rezin qayığın Türkiyə sahili yaxınlığında bərə ilə toqquşub aşması nəticəsində azı 13 qaçqın həlak olub.

Həlak olanlardan 4 nəfəri uşaqdır, 8 nəfəri xilas etmək mümkün olub, axtarış davam etdirilir.

Türkiyə mediasının məlumatına əsasən, miqrantları daşıyan qayıq Çanaqqala limanından Lesbos adasına yollanırmış.

Qəzadan sağ çıxmış Xasin adlı qaçqınlardan biri Yunanıstanın ANA agentliyinə onları daşıyan qayığın digər bir gəmilə toqquşduğunu deyib.

"Qaranlıq idi. Gəmi üstümüzə gəlirdi. Biz onların diqqətini cəlb etməyə çalışdıq, mobil telefonların işığını, fənərlərrımızı yellədik - xeyri olmadı, onlar bizi görmürdürlər", Xasin deyib.

Qəzadan sağ çıxanın sözlərinə görə, qaranlıqda suya düşmüş uşaqları tapmaq mümkün olmayıb.

Bu, miqrantları daşıyan qayıqlarla bağlı bazar günü baş vermiş sayca ikinci qəza hadisəsidir.

Bundan əvvəl Yunanıstan sahil mühafizəsi digər bir qayığın batdığı barədə xəbər yaymışdı.

Həmin qayığda, məlimatlara görə, 48 miqrant olubmuş.

Onlardan 22 nəfəri xilas etmək mümükün olub, qalan 26 nəfərin axtarışı davam etdirirlir.

Hadisə Lesbos adasından şərqdə, yerli vaxtla səhər saat 03:00 radələrində baş verib.

Xilas olunmuş 22 nəfər arasında, o cümlədən, 3 qadın və bir uşaq var.

Xilas olunmuş miqrantlar batmış qayıqda 48 nəfərin olduğunu bildiriblər.