Xorvatiyadakı miqrantlar Avropanın şimalına doğru getməyə çalışırlar

Miqrantların çoxu Almaniyaya çatmağa çalışır.

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Miqrantların çoxu Almaniyaya çatmağa çalışır.

Xorvatiyadakı miqrantlar Sloveniya və Macarıstanın müqavimətinə rəğmən Avropa İttifaqının şimalına doğru yollanmaq cəhdlərini davam etdirirlər.

Gecə ərzində sərhədi keçməyə çalışan kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə olunub.

BBC-ə danışan Xorvatiyanın xarici işlər naziri Vesna Pusic deyib ki, ölkəsi insan axınının qarşısını almaq üçün sərhəddə hasar çəkməyə ehtiyac görmür.

Vesna Pusicin bəyanatından əvvəl qeydiyyatdan keçməmiş miqrantların Budapeştə gəlməsi Macarıstan hökumətinin etirazına səbəb olub.

Nəqliyyat vasitələrinə nəzarətin sərtləşdirilməsinə görə bir çox adam sərhədə doğru yeriyərək gəldiyini deyir.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Nəqliyyat vasitələrinə nəzarətin sərtləşdirilməsinə görə bir çox adam sərhədə doğru yeriyərək gəldiyini deyir.

Macarıstan bildirir ki, Xorvatiya miqrantların Aİ ərazisinə daxil olduğu ilk ölkədə qeydiyyatdan keçirilməsini tələb edən beynəlxalq hüquq normasını pozub.

Miqrantların çoxu Sloveniya-Xorvatiya sərhədində toplaşıb. Polis onların Sloveniyaya keçməsinə yol vermir.

Cümə günü Xorvatiya bXorvatiya b böhranının arxasından Serbiya ilə sərhəddəki səkkiz keçid məntəqəsindən yeddisi qapadılıb.

Rəsmilərin bildirdiyinə görə, Macarıstanın Serbiya ilə sərhədini hasarla qapatmasının ardından, ölkəyə 11 mindən çox miqrantın gəlməsi ilə onlar bunu etməyə məcbur olublar.

Bu arada Xorvatiyanın baş naziri Zoran Milanovic deyib ki, miqrantların Macarıstan sərhədinə doğru getməsinə əngəl törədilməyəcək, Reuters agentliyi xəbər verir.