Miqrant böhranı: Xorvatiya Serbiya ilə sərhədini bağlayır

Şəklin mənbəyi, AP
Xorvatiya böyük miqrant böhranının arxasından Serbiya ilə sərhəddəki səkkiz keçid məntəqəsindən yeddisini qapadıb.
Rəsmilərin bildirdiyinə görə, Macarıstanın Serbiya ilə sərhədini hasarla qapatmasının ardından, ölkəyə 11 mindən çox miqrantın gəlməsi ilə onlar bunu etməyə məcbur olublar.
Miqrantlardan bir çoxu avtobusla qəbul məntəqələrinə aparılıb, lakin bəziləri qonşu Sloveniyaya piyada gedəcəklərini deyirlər.
Aralıq dənizindən şimala doğru hərəkət edən çoxsaylı miqrant axını Avropa İttifaqında siyasi böhrana səbəb olub.
Xorvatiya rəsmilərinin bildirdiyinə görə, sərhəd keçid məntəqələrinə gedən yollar da bağlanıb.
Belqradla Zaqrebi birləşdirən əsas yolun üzərində yerləşən keçid məntəqəsi, açıq olan yeganə məntəqədir.
Cümə axşamı Xorvatiyanın daxili işlər naziri Ranko Ostojic bildirmişdi ki, onu ölkəsi artıq “tamamilə dolub”.

