Miqrant böhranı: Almaniya “sərhəd nəzarətinə başlayır”

Bəzi miqrantlar gecəni Münhen stansiyasında keçirib

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Bəzi miqrantlar gecəni Münhen stansiyasında keçirib

Almaniya miqrant axınının öhdəsindən gəlmək üçün Avstriya ilə arasında sərhəd nəzarətini tətbiq etməyi planlaşdırır, Almaniya və Avstriya mətbuatı xəbər verib.

Hansı tədbirlərin görüləcəyi isə hələ ki, məlum deyil.

Bu arada, Almaniyanın cənubuna miqrant axını arasıkəsilmədən davam edib, Münhen şəhər rəsmilərinin bildirdiyinə görə, şənbə günü 13 min miqrant şəhərə daxil olub.

Lakin şəhər rəsmilərinin bildirdiyinə görə, Münhendə miqrantların axını ilə bağlı “limit dolub”.

“Biz artıq miqrantların qəbulu ilə bağlı son həddə çatmışıq,” polis rəsmisi bildirib. Bu arada yeni gələnlərin yerləşdirilməsi ilə bağlı səylər davam edib.

Almaniyanın cənubunda yerləşən Münhen şəhəri ölkəyə daxil olan miqrantların hədəf aldığı əsas şəhərdir. Lakin şəhər rəsmiləri gələnlərə yer tapmaqda çətinlik çəkdiyini bildirir.

Şənbə günü şəhərə 13 min nəfər daxil olub, digər 1400 nəfər isə bazar günü gəlib, Münhen polisi bildirib.

“Bizdə 1000-5000 arası yer çatmır,” Münhen meri Dieter Reiter Sueddeutsche Zeitung qəzetinə bildirib.

Şəhər rəsmiləri 1972-ci il Olimpiadasına aid idman zalından müvəqqəti sığınacaq kimi istifadə etməyi düşünürlər.

Rekord həddə miqrant

Serbiyadan Macarıstana keçən miqrantların sayı şənbə günü rekord həddə çatıb. Şərqi Avropada böhranla bağlı gərginlik davam edir.

Minlərlə miqrant Serbiyadan Macarıstana keçməyə davam edir

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Minlərlə miqrant Serbiyadan Macarıstana keçməyə davam edir

Rəsmilərin sərhədi bağlamağa hazırlaşdığı ərəfədə 4000-dən çox insan sərhədi keçməyə imkan tapıb.

Avropa, əsasən Suriyadakı zorakılıq və yoxsulluqdan qaçmış miqrant axınının öhdəsindən gəlməyə çətinlik çəkir.

Macarıstan, miqrantlarla davranışına görə tənqidlərə məruz qalıb.

Rəsmilər təxmin edir ki, bu il ərzində 175 min miqrant Serbiyadan Macarıstana keçib.

Macarıstan baş naziri Viktor Orban ölkənin sərhədlərini qapadacağına və qeyri-leqal miqrantları həbs edəcəyinə söz verib. Ölkə, Serbiya ilə sərhəddə 4 metr hündürlüyündə hasarı bitirmək üzrədir.

4000-dən çox Macarıstan əsgəri də polisə kömək etmək üçün bölgəyə gətirilib.

<bold>Həmçinin oxuyun: <link type="page"><caption> Macarıstan ordusu sərhəd mühafizəsi üçün təlimlərə başlayıb</caption><url href="http://www.bbc.com/azeri/international/2015/09/150910_migrant_crisis_hungary" platform="highweb"/></link></bold>

Cənab Orban qadağanın çərşənbə axşamından tətbiq olunması tapşırığını verib.

Macarıstan-Serbiya sərhədindən xəbər verən BBC müxbiri Nick Thrope bildirib ki, Roske miqrant düşərgəsində daha humanitar infrastruktur qurulmaqdadır.

Macarıstan Serbiya ilə sərhəddə 4 metr hündürlüyündə hasarın tikintisini bitirmək üzrədir

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Macarıstan Serbiya ilə sərhəddə 4 metr hündürlüyündə hasarın tikintisini bitirmək üzrədir
Macarıstan çərşənbə axşamından miqrantlara qarşı daha sərt tədbirlərin tətbiqinə başlayacaq

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Macarıstan çərşənbə axşamından miqrantlara qarşı daha sərt tədbirlərin tətbiqinə başlayacaq

Cümə günü düşərgədə miqrantlara ərzaq torbalarının atıldığı görüntülər yayımlanmışdı və miqrantlarla “heyvan” kimi davranıldığna dair<link type="page"><caption> tənqidlər hökm sürürdü</caption><url href="http://www.bbc.com/azeri/international/2015/09/150911_migrant_crisis" platform="highweb"/></link>.

Şənbə günü Avstrya kansleri Werner Faymann Macarıstanın miqrantlarla davranışını, faşist Almaniyasının yəhudilərlə davranışı ilə müqayisə edib.

Cavabında, Macarıstan xarici işlər naziri Peter Szijjarto bildirib ki, cənab Faymann-ın şərhi “böhtan” xarakteri daşıyır.

Şənbə günü Macarıstana daxil olmuş 4000 miqrant böyük çadırların olduğu sahəyə aparılıb.

Çərşənbə axşamı cənab Orbanın miqrantalara qarşı qadağası qüvvəyə mindikdən sonra nə baş verəcəyini heç kim bilmir, müxbirimiz əlavə edib.

Macarıstan, Yunanıstan və İtaliya ilə birgə Avropanın miqrant böhranı üçün cəbhə bölgəsinə çevrilib. Miqrantlar əsasən Yunanıstandan Makedoniyaya, oradan isə Serbiya-Macarıstan sərhədinə gəlirlər.

Miqrantların əksəriyyəti qonşu Avstriyanı keçməklə qərbi Avropaya getmək istəyir. Lakin bundan öncə, Macarıstan rəsmiləri bildirir ki, miqrantların qeydiyyat üçün düşərgələrə aparılması zəruridir.

Miqrantların əksəriyyətinin getmək istədiyi Almaniyada təkcə şənbə günü 9000-dən çox miqrant Münhen şəhərinə gəlib. Ölkə həftə sonu ümumilikdə 40 min miqrantın gələcəyini gözləyir.

Kansler Angela Merkel böyük sayda qaçqının ölkəyə buraxılması qərarını müdafiə edib.

<bold>Həmçinin oxuyun: <link type="page"><caption> Almaniya 40 min miqrant qəbul etməyə hazırlaşır</caption><url href="http://www.bbc.com/azeri/international/2015/09/150912_germany_migrants_army" platform="highweb"/></link></bold>

Böhran Avropa İttifaqında böyük fikir ayrılığına səbəb olub.

Avropa Komissiyası əlavə 120 min sığınacaq axtaran miqrantın 25 üzv ölkə arasında bölüşdürülməsi üçün məcburi kvota planını açıqlayıb.

Lakin Çex Respublikası, Macarıstan, Polşa və Slovakiya bu qərara qarşı çıxır.

Şənbə günü bir sıra Avropa şəhərində minlərlə insan qaçqın və miqrantların müdafiəsi üçün “hərəkət günü”ndə iştirak edib. Bəzi şəhərlərdə həmçinin, əks-nümayişlər keçirilib.

<bold>Əlaqəli video: <link type="page"><caption> Miqrant qaçaqçıları BBC müxbirinin gizli kamerasında</caption><url href="http://www.bbc.com/azeri/multimedia/2015/09/150908_turkey_smugglers" platform="highweb"/></link></bold>