Avstriyaya bir gündə 10 min miqrant gəlib

Avstriyaya minlərlə miqrant gəlib

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Avstriyaya minlərlə miqrant gəlib

Avstriya rəsmilərinə görə, şənbə günü ölkə ərazisinə azı 10 min miqrant keçib.

Miqrantlar Avstriyaya Macarıstandan gəlir, Macarıstana isə Xorvatiya ərazisindən keçirlər.

Xorvatiyadan gələn miqrantlar Macarıstanda Avstriya sərhədinə çatdırılır.

Macarıstan tərəfi Xorvatiyanı miqrantları qeydiyyatdan keçirməməkdə ittiham edir.

Miqrantlar isə BBC-ə deyiblər ki, Macarıstan rəsmiləri də onları qeydiyyatdan keçirməyib.

Avstriyanın yerli Qırmızı Xaç komitəsi rəhbərinin bildirdiyinə görə, təkcə şənbə günü ərzində ölkəyə 12-13 min miqrant gəlib.