Aİ ölkələri "əlavə qaçqın qəbul etməlidir"

Şəklin mənbəyi, AP
Avropa İttifaqı Şurası prezidenti Jean-Claude Juncker İkinci Dünya Müharibəsindən sonra Avropanın ən çətin miqrant böhranını həll etmək üçün planları açıqlayıb.
Yeni təkliflər nəticəsində 120 min sığınacaq istəyən Aİ üzv ölkələr arasında paylaşdırılacaq.

Şəklin mənbəyi, EPA
Bu, həftə sonu əsasən suriyalılardan ibarət olan minlərlə miqrantın Avropanın cənubundan şimalına doğru hərəkət etməsindən sonra baş verir.
Cənab Juncker Avropa Parlamentində bildirib ki, “indi qorxmaq vaxtı deyil”.
Bir çox miqrant üçün əsas hədəf olan Almaniya miqrantlıarın bölüşdürülməsi üçün kvotanı dəstəkləyir, lakin bəzi Aİ ölkələri məcburi sistemə qarşı çıxır.
Fransa vəd etdiyi kimi, Almaniyadan min miqrantı qarşılayıb və iki il ərzində 24 min miqrant qəbul edəcəyini bildirib.
Macarıstan bu həftə əlavə olaraq 40 min miqrant götürəcəyini planlayıb.

BMT Qaçqınlar Komitəsinin regional koordinatoru Vincent Cochetel Macarıstan hökümətini registrasiya prosedurlarını yüngülləşdirməyə çağırıb.
Macarıstan miqrantların Avropanın şimalına doğru hərəkətində əsas ərazi sayılır, belə ki, bu il oraya 150 mindən çox insan gəlib.
Hazırda hökümət miqrantların Serbiyadan ölkəyə daxil olmasının qarşısını almaq üçün sərhəd məntəqələrini möhkəmləndirmək və sığınacaq istəyənlər üçün qanunu sərtləşdirməyi tələb edir.

Şəklin mənbəyi, AFP
Çex Respublikası, Slovakiya, Polşa və Rumıniya tələb edilən ölçü ideyasına qarşı çıxıb.

Şəklin mənbəyi, Getty
Çərşənbə axşamı Polşa öz mövqeyini bir qədər yumşaldaraq 2000-dən çox miqrantı qəbul edəcəyini bildirib.
Almaniya isə Aİ qaydalarına baxmayaraq, Suriya miqrantlarına qapısını açıb və bildiribki, bu il 800 min sığınacaq istəyəni qəbul edib.
Kansler yardımçısı Sigmar Gabriel deyib ki, ölkə ildə cəmi 500 min miqrantla işləyə bilər.
AI planına görə, hazırda İtaliya, Yunanıstan, Macarıstanda olan miqrantların 60 faizi Almaniya, Fransa və İspaniya arasında paylanılacaq.
Hər ölkə əhalisinin sayı, adambaşına düşən gəlir, işsizlik rəqəmi və bu il artıq sığınacaq verilmiş şəxslərin sayına görə miqrant götürəcək.
Miqrantları qəbul etməkdən boyun qaçıran ölkələr pul cəriməsi ödəyəcək.





