Suriya: Əl-Nüsrə döyüşçüləri Druz kəndinin sakinlərini güllələyiblər

Şəklin mənbəyi, Reuters
Suriyanın şimal-qərbində əl-Qaidə ilə əlaqəli əl-Nüsrə Cəbhəsi silahlıları azı 20 Druz sakinini güllələyiblər, fəallar və müxalifət nümayəndələri bildirir.
Londonda mənzillənən Suriya İnsan Hüquqları Müşahidəxanası təşkilatının məlumatına görə, çərşənbə günü İdlib vilayətində Qəlb Ləvzəh kəndində öldürülənlər arasında yaşlılar və uşaqlar da var.
Druzların məzhəbi İslam təriqətlərinə aid edilsə də, cihadçılar tərəfindən küfr sayılır.
Lakin əl-Nüsra lideri ötən ay döyüşlərdə iştirak etməyən dini azlıq mümayəndələrinə qarşı zorakılığa yol verilməyəcəyinə söz vermişdi.
Suriya İnsan Hüquqları Müşahidəxanası təşkilatının bildirdiyinə görə, çərşənbə günü baş vermiş qanlı hadisəyə tunisli əl-Nüsrə komandirinin druzlara məxsus evi müsadirə etmək cəhdi olub.
Əl-Nüsrə komandiri ev sahibini hökümətə loyallıqda ittiham edərək evini əlindən almaq istəyib.
Mübahizə qanlı zorakılığa böyüyüb, yerli sakinlərdən biri cihadçılar tərəfindən öldürüldükdən sonra, kəndlilərdən biri cihadçının əlindən silahı qaparaq qarşı tərəfin döyüşçüsünü öldürüb.
Bundan sonra kəndə göndərilmiş cihadçı cəza dəstəsi azı 20 kəndili güllələyib.
BBC mənbələrinə əsasən, cihadçılar druzları kafirlikdə ittiham edib.
Qərbpərəst Milli Koalisiya adlı müxalifət alyansı zorakı hadisəni pisləyib.
Sana Suriya dövlət agentliyi həmin zorakı hadisə zamanı azı 30 adamın, ö cümlədən, bir ailənin 5 üzvünün, 3 dindarın və 2 qadının öldürüldüyünü bildirib.






