ABŞ təyyarələri Tikrit üzərində kəşfiyyat uçuşlarına başlayıb

Şəklin mənbəyi, AP

ABŞ və koalisiya qüvvələrinin təyyarələri İslam Dövləti qruplaşmasının Tikrit şəhərindəki mövqeləri üzərində kəşfiyyat üçuşları həyata keçirir.

Yay aylarında İD cıhadçılarının əlinə keçmiş şəhəri qaytarmağa çalışan İraq ordusu və şiə dəstələri Tikriti mühasirəyə alıblar.

Hərçənd ki, ayın əvvəlində başlayan əməliyyat son günlər ərzində ləngiməkdədir.

Bağdaddan şimala doğru yerləşən Tikritə bir neçə istiqamətdən hücum cəhdi edən İraq qüvvələrinin ağır itki verdiyi bildirilir.

Məlumata əsasən Bağdad ABŞ-dan İD mövqelərinə hava zərbələri endirməyi istəməyib.

İraq rəsmiləri Tikritin tutulmasını, ölkənin ikinci böyük şəhəri Mosulun geri alınmasında mühüm mərhələ hesab edirlər.

İslam Dövləti qruplaşması İraq və Suriyada geniş ərazilərə nəzarət edir.

ABŞ kəşfiyyatı qruplaşmanın sıralarında 30 minədək döyüşçünün olduğunu hesab edir.