İraq qoşunları Tikritin mərkəzinə yaxınlaşır

iraq_tikrit_progovrenment_forces

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Hökumət qüvvələri silahlılar Tikritə bir neçə istiqamətdən hücum edirlər

İraq qoşunları və şiə silahlı qruplaşmaları "İslam dövləti" (İD) silahlılarını Tikrit ərazisində sıxışdırmaqda davam edirlər.

Şəhərin çox hissəsi artıq İraq hökumət qüvvələrinin əlindədir, amma şəhərin mərkəzinə doğru hərəkət çox sayda pusqu və minaların olması səbəbindən yavaşıyıb.

İD ən azı dörd rayonu, o cümlədən onların qərargahına çevrilmiş saray kompleksini əlində saxlamaqdadir.

Bəzi məlumatlara görə, indi Tikritdə cəmi yüz əlli silahlı qalmış ola bilər.