İraq ordusu Tikrit şəhərinə hücumu davam etdirir

Şəklin mənbəyi, AP

İraqın hökümət qoşunları qeyri-nizami şiə silahlı qrupların dəstəyilə Tikrit şəhərində İslam Dövləti (İD) döyüşçülərinə qarşı hərbi əməliyyatı davam etdirirlər.

Şəhərin mərkəzində İD mövqeləri İraq ordusu tərəfindən mühasirəyə alınıb.

Şiə dəstələrdən birinin lideri Tikritdə cəmi 70-dək İD yaraqlısının qaldığını bildirib.

Onun təbirincə, şəhərin İD döyüşçülərindən tam təmizlənməsinə hələ bir neçə gün lazım olacaq.

Tikrit şəhəri İD qüvvələrinin nəzarətində keçən ildən qalmaqdadır.