Polis Charlie Hebdo hücumunda şübhəlilər öldürülüb

Paris

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Parisin şərqində silahlı şəxs 5 nəfəri girov götürüb

Fransa polisi Charlie Hebdo redaksiyasına hücumda şübhəli bilinənlərin mühasirəsini dayandırıb və onları öldürdüyünü bildirib.

Polis hücumda şübhəli bilinən iki şübhəlini - qardaşlar Cherif və Said Kouachini öldürüb və onların girov saxladığı şəxsi azad edib.

Onıar nəşriyyat anbarının binasında gizlənirdilər və ən azı bir nəfəri girov saxlayırdılar.

Bundan başqa, Parisdə mağazaya hücum edərək beş nəfəri girov saxlayan silahlı öldürülüb. Girovların azad edilməsi zamanı onlardan dördü ölüb.

Parisdə daha bir hücum

Öldürülən şəxs cümə günü Parisin şimal-şərqində koşer (yəhudi dini tələblərinə uyğun hazırlanmış) ərzaq supermarketinə basqın edərək 5 nəfəri girov götürüb.

Məlumatlarda girovlar arasında qadın və uşaqların olduğu güman edilir.

Polisin güman etdiyinə görə, supermarketdə girovlar götürmüş şəxs yanvarın 8-də Paris ətrafında qadın polis əməkdaşını öldürən silahlıdır.

AFP agentliyi istintaqa yaxın mənbəyə istinadən bildirirb ki bu hadisənin inkişafı gedişində azı 2 nəfər ölüb.

BBC hələlik bu xəbəri təsdiqləyən əlavə məlumatlar əldə etməyib.

Fransa mətbuatına əsasən, Parisdə supermarketə basqın etmiş silahlının əlində odlu avtomat silah olub.

Bəzi xəbərlərə supermarketə basqın etmiş şəxs Dammartin-en-Goele məntəqəsində Charlie Hebdo hücumuna görə şübhəli sayılan Cherif və Said Kouachi qardaşlarının mühasirəsinə son qoyulmasını tələb edib.

Fransa

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Axtarış əməliyyatı gedişində yaralananalar var

Axtarışın 3-cü günü

Şəklin mənbəyi,

Fransada "Charlie Hebdo" satirik jurnalının redaksiyasına hücum edənlərin axtarışının üçüncü günüdür.

Polis paytaxtın şimal-şərqində Picardy ərazisində iki kişinin yanacaq stansiyasını soyması ilə bağlı kütləvi əməliyyat aparır.

Parisdən 35 km məsafədə yerləşən Dammartin-en-Goele məntəqəsində bir neçə nəfərin yaralandığı barədə xəbər yayılıb, lakin ölülərin olduğunu rəsmilər təkzib edib.

Son məlumatlara əsasən polis tərəfindən təqib edilən silahlı şübhəlilər Cherif və Said Kouachi qardaşları Dammartin-en-Goele məntəqəsində kiçik mətbəə binasına sığınıblar.

Xəbərlərə görə qardaşlar polislə danışıqlar zamanı təslim olmaqdan imtina edərək şəhid olmağa hazırlaşdıqlarını bildiriblər.

Dammartin-en-Goele məntəqəsi istiqamətində polis maşınlarından ibarət avtomobil karvanının hərəkət etdiyi qeydə alınıb.

Parisdə isə həyatını itirən 12 nəfərə həsr edilən matəm davam edir.

Vaşinqtonda isə prezident Barack Obama Fransa səfirliyinə gedərək xatirə kitabına ürək sözlərini yazıb.

"Biz birlikdə bilirik ki, terror bizim tərəfdarı olduğumuz azadlıq və ideallarla eyni deyil. Eşq olsun, Fransa!"

Cümə günü Paris Şurası fövqəladə iclasda Charlie Hebdonun şəhərin fəxrinə çevriləcəyini bildirib.

Paris meri Anne Hidalgo deyib ki, bu, nadir fəxrdir.

"Bu, həm də onu bildirir ki, Charlie Hebdonun dəyərləri bizim dəyərlərimiz arasındadır".

Çərşənbə günü Parisdə "Charlie Hebdo" jurnalının redaksiyasına basqın nəticəsində 12 nəfər həyatını itirib.

Parisdə həlak olanların xatirəsi qələm və şamlarla yad edilir

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Parisdə həlak olanların xatirəsi qələm və şamlarla yad edilir

Onlardan səkkizi jurnalist, ikisi polisdir. Bundan başqa bir keşikçi və bir qonaq da öldürülüb.

Polis şübhəli qismində iki qardaşın fotolarını yayıb. Axtarış fotolarında bu iki şəxsin "silahlı və təhlükəli" olduqları bildirilir.

Onların “Biz Məhəmməd peyğəmbərin qisasını aldıq” deyə qışqırdıqları eşidilib.

Ötən gün polis şübhəlilərin axtarışı zamanı onlarla əlaqədə olduqları bildirilən yeddi nəfəri həbs edib.

Üçüncü şübhəli özünü prokurorluq orqanlarına təslim edib.

Bu arada isə, iki qardaşın Fransanın şimalındakı xidmət stansiyasını soyduqları deyilir. Onlar yemək və yanacaq oğurlayıb və hadisə yerində atəş açıb, Fransa mediası xəbər verir.

Eyni gündə Parisdə silahlı şəxs qadın polis işçisini öldürüb. Montrouge rayonunda baş verən hadisə nəticəsində daha bir nəfərə ciddi xəsarət yetirilib. Silahlı kişi hadisə yerindən qaçıb. Bunun Charlie Hebdo-da baş verən gülləbaranla əlaqəli olum-olmadığı aydın deyil.

cherlie_hebdo

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Dammartin-en-Goele məntəqəsində şübhəlilərin sığındığı mətbəə binası.
cherlie_hebdo

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Şübhəlilər polisin təqibndən qaçaraq sənayə zonasında gizləniblər.
cherlie_hebdo

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Dammartin-en-Goele məntəqəsində irimiqyaslı polis əməliyyatı həyata keçirilir.
cherlie_hebdo

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Dammartin-en-Goele məntəqəsinə aparan yollar polis tərəfindən bağlanılıb