Facebookda karikaturaları ilə tanınan azərbaycanlı rəssamın hekayəsi

Əl işlərini əsasən Facebook sosial şəbəkəsi səhifəsində yayan Gündüz Ağayevin karikaturaları Azərbaycanın gündəlik siyasi-ictimai hadisələrindən bəhs edir.

Ağayev BBC Azərbaycancaya bildirib ki, onun üçün karikatura özünüifadə vasitəsidir.

Rəsmlərinə görə hələ ki təzyiqlə üzləşmədiyini deyən rəssam, əsərlərini öz evinin eyvanında çəkir.