İD Suriyanın “Kobani şəhərindən çıxarılıb”

İD-nin geri çəkilməsində hava zərbələrinin rol oynadığı qeyd olunur.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, İD-nin geri çəkilməsində hava zərbələrinin rol oynadığı qeyd olunur.

İslam Dövləti qrupu Suriyanın şimalındakı Kobani şəhərinin əksər hissələrindən çıxarılıb, kürd döyüşçülərinin komandiri BBC-ə bildirib.

Baharin Kandal Kobanidən tam çəkilən cihadçıların yalnız şəhərin şərqindəki iki yerdə müqavimət göstərdiyini bildirib.

İD döyüşçülərinin geri çəkilməsində koalisiya qüvvələrinin hava zərbələri rol oynayıb. Ötən 24 saat ərzində Kobanidəki mövqelər üzərinə 14 hava hücumu həyata keçirilib.

Bu arada insan hüquqları üzrə BMT qurumunun yeni rəhbəri İslam Dövlətini "potensial soyqırım" hərəkatı adlandırıb.

Zeid Ra'ad al Hussein cihadçı qrupuna "insan haqları anlayışı ilə uzlaşmayan" təşkilat adı verib.

Cümə axşamı kürd mənbələri koalisya qüvvələrinin hava zərbələrindən sonra cihadçıların Kobaninin bəzi rayonlarından geri çəkildiyini bildirmişdilər.

Kobani uğrunda bir ay əvvəl başlanan döyüşlər nəticəsində 600-dən artıq adam öldürülüb.

Çərşənbə günü Aİ və ABŞ liderləri İD-ə qarşı daha fəal addımlara ehtiyac olduğunu bildiriblər.

Video konfransın gedişatında iştirak edən ABŞ, Britaniya, İtaliya, Almaniya və Fransa liderləri cihadçılara müqavimət göstərəcək qüvvələrə dəstəyin artırılacağını vəd ediblər.

Hücumların başlnamsınadn bəri Kobani şəhərini 160 mindən çox adam tərk edib.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Hücumların başlnamsınadn bəri Kobani şəhərini 160 mindən çox adam tərk edib.

"Ötən bir neçə gün ərzində [İslam Dövləti] Kobani şəhərinin ola bilsin ki, 40 faizinə nəzarət edirdi. Lakin indi şəhərin yalnız 20 faizi [ID] nəzarətindədir", - İdriss Nassan BBC-ə bildirib.

Kobani şəhərindən jurnalist Abdulrahman Gok Reuters agentliyinə danışarkən iki gün əvvəl cihadçıların əlində olan mövqelərdə kürd döyüşçülərinin dayandığını bildirib: "Yerli rəsmilərə əsasən hava zərbələri effektivdir, lakin İD-ni çıxarmaq üçün quruda əməliyyat keçirmək tələb olunur".

Pentaqonun sözçüsü vəziyyətin dəyişkən olduğunu deyib.

Admiral John Kirby-nin sözlərinə görə, İD döyüşçülərinin sayının artması ilə bağlı şəhərin süquta uğramaq təhlükəsi hələ də realdır.

İki həftədir ki, həyata keçirilən hava zərbələri cihadçıların irəliləməsini ləngidib. Lakin Türkiyə və Qərb dövlətləri şəhərin süquta uğrayacağı ilə bağlı xəbərdarlıqla çıxış ediblər.

Çərşənbə axşamı kürdlərin müdafiə birləşmələri Kobanidən Türkiyə sərhədi istiqamətinə doğru 4 km aralıda yerləşən strateji Tall Shair təpəsinə nəzarəti qaytardıqlarını bildiriblər.