Aİ: bir həftəyə Rusiyaya qarşı yeni sanksiyalar hazırlanacaq

petro_poroshenko

Şəklin mənbəyi, AP

Ukrayna ətrafında vəziyyətlə bağlı Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar bir həftə ərzində hazır olacaq, Brüsseldə sammit başa çatdıqdan sonra Avropa İttifaqının rəhbərliyi elan edib.

Sammitdə həmçinin bəyan edilib ki, Ukraynada münaqişə “qaytarılmaz nöqtəyə yaxınlaşıb”. Avropa Komissiyasının rəhbəri Jose Manuel Barroso Brüsseldə mətbuat konfransında deyib ki, Ukraynanın şərqində yeni cəbhələrin açılması və Rusiya əsgərlərinin münaqişəyə qatılması yolverilməzdir.

“Mən sizi əmin edə bilərəm ki, komissiya şuranın sifariş verdiyi məhdudlaşdırıcı tədbirlər üzrə öz təkliflərini tez təqdim edəcək”, - Avropa Komissiyasının başçısı qeyd edib.

Avropa Şurasının sədri Herman Van Rompuy sanksiyalar layihəsinin tez hazirlanıb, razılaşdırmaq üçün gələn həftənin sonunadək bütün Aİ ölkələrinə təqdim olunmasının labüdlüyünü vurğulayıb.

Almaniyanın kansleri Angela Merkel sanksiyaların Ukrayna ətrafında vəziyyətin dəyişməz qalması və ya daha da pisləşməsi təqdirdə tətbiq ediləcəyini bildirib.

Yeni sanksiyaların iqtisadiyyatın hansı sektorlarına şamil olacağının təfsilatları hələ açıqlanmır.

Müdafiə üşün bir milyard

Ukrayna prezidenti Petro Poroşenkonın sözlərinı görə, yeni məhdudedici tədbirlərin tətbiq edilməsi bazar ertəsi Minskdə keçəcək Ukrayna, ATƏT və Rusiya təmas qrupunun danışıqlarının nəticəsindən asılıdır.

eu_summit_poroshenko_barroso

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Poroşenko ilə Barroso Aİ sammitindən qabaq danışıqlar keçiriblər

“Mənim üzv ölkələrin əksəriyyəti tərəfindən bəyənilmiş təkliflərimə əsaslanaraq, yeni sanksiyaların – sektorlar üzrə üçüncü səviyyəli sanksiyaların tətbiq edilməsinə izin verilir”, - Brüsseldə sammit başa çatdıqdan sonra Poroşenko deyib.

Eyni zamanda Ukrayna prezidenti bildirib ki, Aİ Ukraynaya 1 milyard avro maliyyə yardımı ayıracaq və bu, Ukrayna ordusunun döyüş qabiliyyətini qaldırmaq imkanı verər.

“Biz Ukrayna üçün kredit qismində 1 milyard avro məbləğində makro-maliyyə yardımının üçüncü mərhələsi qəbul ediləcəyi üzrə razılığa gəlmişik. Əlavə olaraq ilin sonunadək Ukrayna 510 milyon avro kredit alacaq və Ukraynanın bu ağır vəziyyətində, Aİ tərəfindən dəstək olaraq, qrant kimi 250 milyon avro təqdim ediləcək”, - Petro Poroşenko Brüsseldə mətbuat konfransında deyib.

Həmin gün Brüsseldə Almaniyanın kansleri Angela Merkel Ukraynaya yardım göstərildiyinə öz dəstəyini izhar edib.

“Vaxt itirmək olmaz”

Öz növbəsində Poroşenko guya artıq Ukrayna ərazisində “minlərlə xarici əsgər və yüzlərlə xarici tanklar” olduğu barədə danışıb.

Ukraynanın ərazi bütövlüyünə Moskvanın bundan sonrakı qəsdlərinin qarşısı alınmasına yönəlmiş yeni sanksiyalar barədə sammitdən qabaq Fransa prezidenti François Hollande, Britaniyanın baş naziri David Cameron və başqa Avropa liderləri də fikir söyləyiblər.

eu_summit_francois_holland

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, “Hazırda baş verənlər bilavasitə Avropanı həyəcana salır", - Fransa prezidenti deyib

“Sözsüz, sanksiyalar daha sərt olacaq, və Avropa Komissiyası onların tətbiq edilməsi üzərində işləməli olacaq”, - Hollande deyib. Onun sözlərinə görə, Ukraynadakı böhran “soyuq müharibə” qurtardıqdan sonra ən böyük böhrandır.

“Hazırda baş verənlər bilavasitə Avropanı həyəcana salır, - Fransa prezidenti əlavə edib. – Tək Avropanı yox, bütün dünyanı, amma xüsusən Avropanı“.

Eyni zamanda Hollande Rusiya qoşunlarının Ukraynada olmasını təkid etməyib, eləcə qeyd edib ki, “bu mümkündür”.

Tammiqyaslı müharibə riski haqqında xəbərdarlıq: “Vaxt itirmək olmaz”, - deyə Fransa prezidenti bəyan edib.

Avropa Komissiyasının rəhbəri Barroso Brüsseldə mətbuat konfransında Avropa İttifaqının çox ciddi tədbirlər qəbul etməyə hazır olduğunu bildirib, lakin “biz siyasi həll üçün qapıları açıq saxlayırıq”, deyib.

Onun sözlərinə görə, gələcək sanksiyalar münaqişənin daha da gərginləşməsi üçün deyil, Moskvanı danışıqlara sövq etmək üçün qəbul oluna bilər. Barroso Aİ-nin qarşıdurma istəmədiyini və “yeni soyuq müharibə başlamağın mənası” olmadığını qeyd edib.