Ukrayna böhranı: T-72 tankı atəş açıb, Rusiya inkar edir

Şəklin mənbəyi, BBC World Service
- Müəllif, Jonathan Marcus
- Vəzifə, BBC diplomatik müxbiri
Rusiya davamlı olaraq Ukraynaya tank göndərməsi ilə bağlı xəbərləri təkzib edir və bu texnikanın separatçıların Ukrayna ordusundan ələ keçirdiyini iddia edir.
Lakin Londonda yerləşən Strateji Araşdırmalar üzrə Beynəlxalq İnstitut (İİSS) ekspertləri BBC-yə bildirib ki, onlar şərqi Ukraynadakı separatçılara məxsus kolonda sadəcə Rusiyadan gələ biləcək tankları müşahidə ediblər.
İİSS analitiki Joseph Dempsey şərqi Ukraynanın Sverdlovsk, Luhansk bölgəsində avqustun 26-da çəkildiyi bildirilən video görüntüləri tədqiq edib. Videoda hərbi maşın karvanı nümayiş olunur.
Baxmayaraq ki, vaxt və yer təsdiqlənməyib, videoda separatçı hərəkata məxsus bayraqlar aydın görünür və bəzi hərbi maşınlarda separatçı sursatlarına məxsus açıq yaşıl rəng nəzərə çarpır.
Qarışıq karvanda ən azı üç T-72B1 döyüş tankı (BMT) var. Diqqəti çəkən isə bu avadanlığın daha müasir T-72 variantı olmasıdır.

Şəklin mənbəyi, BBC World Service
Bu variant, Kontakt-5 partlayıcı reaktiv qurğusu (ERA) ilə digərlərindən fərqlənir.
Bu tanklar Rusiya Ordusu tərəfindən geniş istifadə edilir, lakin onların Rusiyadan kənara ixrac edilmədiyi məlumdur.
“İkibaşlı müharibə”
İİSS-ə görə, bu cür texnikanın Ukraynada olması onu göstərir ki, Rusiya separatçı qüvvələri silahla təmin edir.
İndiyə qədər inkar, Moskvanın şərqi Ukraynadakı “ikibaşlı müharibə” strategiyasının əsasını təşkil edib.
İİSS deyir ki, müşahidə edilmiş ilk separatçı tankları T-64BV olaraq təsbit edilib. Ukrayna donanması əsasən bu texnika ilə təmin edilmişdir.
Buna görə ilkin olaraq güman edilirdi ki, bu texnikanı hökumət qüvvələri ilə qarşıdurma zamanı ələ keçirilib, ya da böhranın olduğu ərazilərdə yerləşən silah anbarlarından götürülüb.

Şəklin mənbəyi, BBC World Service
Lakin 14 noyabrda NATO bu tankların Rusiya tərəfindən təchiz edilməsinə dair güclü dəlillər dərc edib.
Alqışlanacaq inkar?
Ona görə də mümkündür ki, Rusiyanın ehtiyaclarından artıq bir neçə T-64BV separatçı qüvvələrə göndərilib.
“Separatçılar tərəfindən istifadə edilən Sovet dövrünə məxsus tankların indiyə qədər əsasən Ukraynanın daxilindəki istifadə edilmiş sursat olması, xaricdən təminata dair şübhələrəri inkar etmək üçün müəyyən mənada imkan yaradırdı,” cənab Dempsey qeyd edir.
Lakin son müşahidə edilmiş MBT variantı sadəcə Rusiya Ordusuna məxsus ola bilər,” Dempsey əlavə edib.
İİSS təhlilləri döyüşlərdə iştiraka dair Rusiyanın davamlı inkarının inandırıcı olmadığını vurğulayır.
NATO-nun peykdən çəkdiyi şəkillər və Rusiyanın Ukraynada əsir düşmüş hərbçilərinin dindirilməsi Moskvanın dediklərinin əksini sübut edir.




