Ukraynanın şərqində "minlərlə rusiyalı" vuruşur

Artıq bir neçə gündür ki, Novoazovsk şəhəri artilleriya atəşinə tutulur.

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Artıq bir neçə gündür ki, Novoazovsk şəhəri artilleriya atəşinə tutulur.

Şərqi Ukraynadakı döyüşlərdə rusiyapərəst qüvvələrin sıralarında 3-4 min Rusiya vətəndaşı vuruşur, üsyançıların lideri bildirib.

Aleksandr Zaxarçenko Rusiya televeziyasına döyüşçülərin əksəriyyətinin ya sabiq, ya da ki məzuniyyətdə olan hərbçi olduğunu deyib.

Onun müsahibəsi üsyançıların cənubdakı Mariupol şəhəri istiqamətində fəallaşmasına təsadüf edib.

Xəbərlərdə yaxınlıqdakı Novoazovsk şəhərini ələ keçirən rusiyapərəst qüvvələrin Mariupol dəniz limanına doğru irəlilədiyi göstərilir.

Ukrayna cənub istiqamətinə əlavə qüvvə göndərir.

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Ukrayna cənub istiqamətinə əlavə qüvvə göndərir.

Ukrayna, öz sərhədini keçən Rusiya qüvvələrinin separatçılara dəstək verdiyini bəyan edib. Moskva bu ittihamları həmişə rədd edib.

Ehtimallara görə Rusiyanın məqsədi Donetsk və Luhansk şəhərlərini əhatə edən Ukrayna qüvvələrini cənuba doğru çəkməkdir.

Son həftələr ərzində hökumət qüvvələri separatçılara qarşı əməliyyatda əhəmiyyətli uğur əldə ediblər.

Separatçılar bəyan ediblər ki, onların sıralarında döyüşən rusiyalılar ya hərbçi ya da ki, məzuniyyətdə olan hərbçiərdir.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Separatçılar bəyan ediblər ki, onların sıralarında döyüşən rusiyalılar ya hərbçi ya da ki, məzuniyyətdə olan hərbçiərdir.

Hərbi müdaxilə barədə məlumatların yayılmasının ortasında Almaniya kansleri Angela Merkel Rusiya prezidenti Vladimir Putindən vəziyyəti aydınlaşdırılmasını tələb edib.

Fransa prezidenti Francois Hollande Rusiya qoşunlarının Ukraynada olmasının qeyri-məqbul sayılacağını bildirib.

Amerikanın Ukraynadakı səfiri Rusiya qüvvələrinin cənub-şərqdəki döyüşlərə bilavasitə müdaxilə etdiyini deyib.

Rusiyalılar həmçinin şərqi Ukraynada, SA-22 raketləri də daxil olmaqla, ən müasir havadan müdafiə sistemini quraşdırıblar, - Geoffrey Pyatt özünün Twitter hesabında yazıb.