NATO Rusiyanı Ukrayna suverenliyini pozmaqda suçlayır

NATO Moskvanı Ukrayna suverinetini "açıq-aşkar pozmaqda" suçlayaraq Rusiyanın Ukrayna şərqindəki separatçılara birbaşa dəstək verdiyini deyib.
NATO-nun baş katibi Rusiya hərbçilərinin "qeyri-qanuni şəkildə" Ukrayna ərazisinə keçdiyini bildirib. Anders Fogh Rasmussen bu bəyanatla Ukrayna böhranı ilə bağlı çağrılmış NATO iclasından əvvəl çıxış edib.
"Bu yeganə hal yox Ukrayna suverenliyinin pozulmasına yönələn strategiyanın tərkibidir”, - NATO-nun baş katibi Rusiya qoşunlarının Ukraynaya müdaxiləsini şərh edərkən deyib.
Son günlər Rusiyanın münaqişəyə bilavasitə müdaxiləsi barədə Qərb ölkələrindən səslənən ittihamların sayı artıb.
Moskva bu kimi iddiaları dəfələrlə təkzib edib.
Rusiya prezidenti öz nəvbəsində böhrana görə Ukrayna hökumətini təqsirləndirib.
Vladimir Putin separatçıların nəzarətində olan Donetsk və Luhansk şəhərlərinin mühasirəsyə alınmasını Leniqrad şəhərinin blokadası ilə müqayisə edib.
Cümə axşamı NATO Ukrayna daxilində Rusiya qoşunlarının olduğunu deyərək müvafiq peyk şəkillərini təqdim edib.
Şimali Alyans Ukraynanın şərqində 1000 nəfər rus əsgərinin olduğunu bildirib.
Rusiya Ukraynada qoşunlara malik olduğu barədə ittihamları daima rədd edib.
ABŞ prezidenti Barack Obama deyib ki, Rusiyanın Ukraynadakı vəziyyəti qeyri-stabilləşdirilməsi hərəkətləri cavabsız qalmayacaq.
Onun sözlərinə görə, Ukraynadakı döyüşlərin Rusiya əsgərləri tərəfindən aparılması bütün dünyaya aydındır.

Şəklin mənbəyi, n
"Rusiya Ukraynanın ərazi bütovlüyünü və suverenliyini pozmaq niyyətindədir və bir neçə dəfə pozub", Obama bildirib.
Amerika prezidenti Almaniya Kansleri Angela Merkellə telefonla danışıb.

Şəklin mənbəyi, n
"Əvvəllər bəlkə də hansısa ehtimallar olsa da, indi biz fikrimizdə əminik ki, Rusiya Ukraynanın şərqindəki zorakılığa görə məsuliyyət daşıyır", cənab Obama telefonda deyib.
"Rusiya zorakılıq yayır. Rusiya separatçıları təlimatlandırıb, silahlandırıb və maliyyələşdirir", o əlavə edib.
Ötən günü Ukrayna prezidenti Petro Poroşenko Rusiya Ordusunun Ukraynaya girdiyini bildirib.

Şəklin mənbəyi, BBC World Service
Bu səbəblə cənab Poroşenko Türkiyə prezidentinin inaqurasiya mərasiminə qatıla bilməyib.
"Dünya Ukraynada vəziyyətin qəfil gərginləşməsinə qiymət verməlidir", Poroşenko qeyd edib.
Bundan başqa, o çərşənbə axşamı xanım Merkellə Ukraynanın Avropa Şurası liderlərinə müraciət etməsi barədə danışıb.




