İsrail-Həmas hava hücumları intensivləşir

Şəklin mənbəyi, REUTERS
Gecə boyu Fələstin döyüşçüləri İsrail şəhərlərini raket atəşinə tutub, İsrail isə Qəzza bölgəsinə bir neçə hava hücumunu həyata keçirib. Ədavət isə böyüməkdədir.
İsrailin bildirdiyinə görə, gecə ərzində İsrailin cənubuna dörd raket zərbəsi endirilib və Tel-Əviv üzərində bir neçə raket vurulub.
İsrail hərbçilərinin bildirdiyinə görə, raket hücumlarına cavab olaraq gecə ərzində Qəzza bölgəsinə 160 hava hücumu edilib.
Qəzzadakı səhiyyə nazirliyindən verilən məlumata görə, son qarşıdurma ərzində 25 fələstinli qətlə yetirilib və 70 nəfər xəsarət alıb.
Nazirlikdən bildirilir ki, ölənlərin arasında dörd qadın və üç uşaq da var.
Həmasın hərbi qanadı xəbərdarlıq edib ki, indi bütün israillilər hədəfdədir.
Netanyahu əhd edir
İsrail hərbçilərinin bildirdiyinə görə, onlar bütün gecə 118 gizli raket atıcısnı, 10 Həmas hərbi və nəzarət məntəqəsini və 10 tuneli hədəfə alıblar.
BBC-nin Qüdsdəki müxbiri Kevin Connolly deyir ki, Qəzadan atılmış raketlər gecəyarısından bir neçə saat öncə Qüdsə çatıb, lakin heç bir təlafata səbəb olmayıb.
Ordu radiosu isə xəbər verib ki, “Iron Dome” raket əleyhinə mərmiləri, çərşənbə səhəri Tel-Əviv üzərində beş raketi vurublar.
Qəzza bölgəsindən 100 km şimalda yerləşən Hadera şəhəri də, M-302 yerüstü raketi tərəfindən hücuma məruz qalıb.
“Başqa heç bir ölkə bu cür təhlükə altında yaşamır və heç bir ölkə bu təhlükəni qəbul etməz,” baş nazir Benjamin Netanyahu çərşənbə axşamı çıxışı zamanı bildirib.
“Buna görə də biz Həmasa və Qəzadakı digər terrorist qurumlara qarşı əməliyyatlarımızı əhəmiyyətli dərəcədə genişləndirmişik.”
İsrail xəbərdarlıq edib ki, onlar raket hücumlarının qarşısını almaq üçün Qəzaya qoşun göndərə bilərlər. Onlar ehtiyatda olan 40,000 qədər hərbiçini geri çağırmaq barədə qərar veriblər. Artıq ehtiyatda olan yüzlərlə hərbçi Qəza ətrafındakı dəstək qüvvələrinə çağırılıb.
Cənab Netanyahu-nun sözçüsü Mark Regev vəziyyətin daha da gərginləşdiyini təsdiqləyib.
O, BBC-ə bildirib ki, Həmas raket hücumlarını davam etdirdiyi üçün vəziyyəti stabilləşdirmək cəhdləri uğursuzluğa məruz qalıb və İsrail ordusu “Həmas hərbi maşınını dağıtmaqla, artıq bu vəziyyətə son qoymağa çalışır,” cənab Regev əlavə edib.
Fələstin Hakimiyyətinin prezidenti Mahmoud Abbas İsraildən Qəza bölgəsindəki hücumları dərhal dayandırmağı tələb edib.
Həmas sözçüsü Abu Obeida deyib ki, İsrail Misirin vasitəçiliyi ilə olan barışığı pozub.
“Bu təcavüz qarşısında biz təsdiqləyirik ki, sionist düşmən sabitlik xəyal etməməlidir,” o deyib.
‘Müharibə cinayəti’
İsrail hücumları zamanı dünyasını dəyişənlər arasında dörd Həmas üzvü də var. Ölənlərdən biri yüksək rütbəli hərbiçi Mohammed Shaaban-dır.
Fələstinli şahidlər bildirib ki, İslamçı Cihad hərbi qruplaşmasının yerli lideri Hafez Hamad da şimali Qəzada hava hücumları zamanı dünyasını dəyişib.
Daha sonar Həmas liderinin cənub şəhəri Khan Younis-dəki evi vurulub, altı nəfər həlak olub. Səhiyyə nazirliyinin sözçüsü Ashraf al-Qudra bildirib ki, ölənlər arasında iki azyaşlı oğlan da var.
Həmas sözçüsü hava hücumlarını pisləyərək, onu “dəhşətli müharibə cinayəti” adlandırıb.
Keçən həftə üç israilli gəncin və bir yeniyetmə fələstinlinin qətli ilə vəziyyət gərginləşməyə başlayıb.
İsrail deyir ki, israilli gənclərin qətlə yetirilməsində Həmasın əli var. Onlar isə bunu inkar edir.
Gənclərin dəfnindən bir gün sonra fələstinli yeniyetmə Şərqi Qüdsdə qaçırılaraq qətlə yetirilib. Polis altı şübhəli yəhudini həbs edərək bildirib ki, 16 yaşlı yeniyetmə milli mənsubiyyətinə görə öldürülüb.




