Dünya Çempionatı 2014: favoritlər və autsayderlər

Şəklin mənbəyi, Getty
Biz çempionatın ilk günlərində qruplara nəzər yetirmişik.
Biz burada <link type="page"><caption> səkkizayaq Paul </caption><url href="http://www.bbc.co.uk/azeri/multimedia/2014/06/140612_wc2014_turtle_big_head.shtml" platform="highweb"/></link>və başqa dördayaqlı falçıların yolu ilə getmək istəmirik, ona görə də ümumi proqnozlarımızı və ehtimallarımızı təqdim edirik.
Maraqlıdır, bu proqnoz və gözləntilər sizinkilərə uyğun gəlirmi?
A Qrupu: Braziliya, Xorvatiya, Meksika və Kamerun
Əlbəttə ki, bu qrupda braziliyalılar favoritdirlər, hərçənd hücum xəttində problemlemləri var. Hücumçuların arasında Diego Costa yoxdur. Onu Felipe Scolari-nin, necə deyərlər, burnunun alıtından ispanların məşqçisi Vicente del Bosque “oğurlayıb”.
Lakin Braziliyanın ixtiyarında Neymardan və İngiltərənin Chelsea klubunda oynayan Villian, Oscar və Ramirez üçlüyündən ibarət yüngül süvarilər var. Braziliya-Xorvatiya matçı 3-1 hesabı ilə başa çatıb.
Braziliyalılar bu qrupda qalib olmalıdırlar. Xorvatların komandası da yaxşıdır. Bu komandada Real klubunun oyunçusu Luca Modric və Bavariya klubunun üzvü Mario Mandzukic fərqlənirlər.
Onlar meksikalılarla ikinci yer uğrunda yaxşı oyun göstərə bilərlər. Əgər Meksika yığması Kameruna 1-0 hesabı ilə qalib gəlib. İndi hər şeyi onların xorvatlarla oyunu həll edəcək.
B Qrupu: İspaniya, Hollandiya, Çili və Avstraliya

Şəklin mənbəyi, Getty
Andreas İniesta kimi oyunçuları olan İspaniya yığması bu qrupda favoritdir.
Lakin qələbələrinin gözləndiyi halda ispanlar elə ilk oyundaca hollandlara məğlub olublar. Bununla belə İspaniya Cənubi Amerikada keçirilən dünya çempionatında qalib gəlmiş ilk Avropa komandası olmaq ümidini itirmir.
Əgər bunu bacarsalar, daha bir rekord göstərəcəklər, iki dəfə dalbadal dünya çempionu olacaqlar. Avstraliyalıların mütəşəkkil komandası yəqin ki, daha çox tamaşaçı qismində çıxış edə biləcək. Çili artıq 3-1 hesabı ilə bunu sübut edib. Bununla belə 1-ci, 2-ci yerləri ispanlarla hollandlar da paylaşa bilərlər.
C Qrupu: Kolumbiya, Yunanıstan, Kot d'İvuar, Yaponiya
Bu lap əvvəldən ən az proqnozlaşdırılan qrup olub. Yaponların yeni gənc oyunçuları var, lakin adı çətin tələffüz olunan Kot d'İvuar artıq onlara 2-1 hesabı ilə qalib gəlib. Belə görünür ki, bu qrupdan final mərhələsi üçün yerdə qalan üç komanda mübarizə aparacaq.
Kolumbiya Yunanıstan üzərində 3-0 hesabı ilə qələbə qazanıb. Ola bilsin, “doğma divarlar” onlara yaxşıca kömək edir.
D Qrupu: Uruqvay, İtaliya, İngiltərə, Kosta Rika

Şəklin mənbəyi, Getty
Veteran Andrea Pirlo və sirli Mario Balotelli italyanların iki əsas oyunçusudur.
Bu qrupdan kimin salamat çıxacağını söyləmək hələ tezdir. İngilislər İtaliya ilə oyunda öz azarkeşlərini artıq məyus ediblər. İngilrtərə bu oyuna cavanlar, İtaliya veteranlarla çıxmışdı. Ən gözlənilməzi isə Kosta Rikanın Uruqvay üzərində inamlı qələbəsi olub. Uruqvay öz oyunçularından ən çox Luis Suarez-ə və Edinson Cavani-yə ümid bəsləyir. Onların parlaq ulduzu yoxdur.
Bu qrupdan final mərhələsinə çıxmaq ümidini hələlik İngiltərə, Kosta Rika, İtaliya və hətta Uruqvay da itirməyiblər.
E Qrupu: İsveçrə, Fransa, Honduras və Ekvador
Fransızlar Braziliyaya vəsiqəni çətinliklə alıblar, lakin Honduras üzərində asan qələbə qazandlılar – 3-0. Ribery-nin zədəsinə baxmayaraq, fransızlar bu qrupun favoritləridir. İsveçrə 2-1 hesabı ilə Hondurasa qalib gəlib. İndi onun da uğur şansları Fransa yığması ilə eynidir. Honduras və Ekvadorun vəziyyəri bir qədər ümidsiz görünür.
F Qrupu: Argentina, Bosniya, Nigeriya, İran

Şəklin mənbəyi, Reuters
Argentinalılar Messi, Agüero və di Maria kimi ulduzları ilə qrupun favoritidirlər. Hərçənd yığmanın Bosniya üzərindəki qələbəsini çox da parlaq adlandırmaq olmaz. Ola da bilsin ki, argentinalılar güclərini rasional şəkildə “xərcləməyə” çalışırlar.
Ekspertlər bu qrupda İranı autsayder hesab edirlər və deyirlər kİ, ikinci yer uğrunda Bosniya və Nigeriya mübarizə aparmalı olacaqlar. Onların fikrincə bu cütlükdə Nigeriya daha şanslı görünür.
G Qrupu: Almaniya, Portuqaliya, qana və ABŞ
Bu qrupda ilk iki yeri, kim desən tuta bilər, amma birinci yer alman futbol maşını üçün sığortalanıb.
Portuqaliyalılar ikinci pilləyə qalxmaq üçün gözlərini Ronaldo-ya zilləyiblər.
Qana və ABŞ da çempionata yaxşı, mütəşəkkil yığmalarla gəliblər.
H Qrupu: Belçika, Rusiya, Əlcəzair və Cənubi Koreya

Şəklin mənbəyi, AP
Hələ indiyədək heç vaxt belçikalıların heyətində bu sayda parlaq ulduz olmayıb. Onların əksəriyyəti İngiltərə Premyer Liqasında oynayırlar. Belçika qrupun favoriti kimi görünür.
Rusiya bu qrupda heç olmasa, ikinciliyə ümid edir. Lakin bunun üçün Əlcazair və Cənubi Koreyanı məğlub etmək lazım gələcək. Asan məsələ deyil.




