Braziliya - 2014: Kahin tısbağa səkkizayaq Paul-u təkrarlaya biləcəkmi?
Futbol üzrə dünya birinciliyi qarşılaşmalarının nəticələrini dəniz heyvanlarından birinin köməyilə proqnozlaşdırmaq artıq mundiallarda ənənəyə çevrilməkdədir.
Almaniyada 4 il bundan əvvəl keçirilmiş birincilikdə səkkizayaq Paul bu işi görmüşdü.
O zaman, Paul dünya futbol azarkeşlərinin diqqətini matçların proqnozunu gözlənilməz dərəcədə yüksək dəqiqliklə verməsilə cəlb etmişdi.
Braziliyada keçirilən çempionat üçün isə kahinliyi etmək üçün tısbağa seçilib.
Tısbağa artıq cümə axşamı günü keçiriləcək ilk qarşılaşmanın qalibini də müəyyən edib.