Futbol üzrə Dünya Çempionatı – 2014: İngiltərə millisində kim kimdir

Şəklin mənbəyi, AFP
- Müəllif, Aleksandr Baranov
- Vəzifə, bbcrussian.com üçün, London
Deyəsən, çox illər ərzində ilk dəfədir ki, İngiltərə milli futbol komandasının Dünya Çempionatında iştirakı yüksək nailiyyətlər ümidləri ilə bağlı deyil. Bunun səbəbi komandanın yeniləşdirilmiş gənc tərkibi, qrupdakı çətin rəqiblər və ingilislərin oyunları keçiriləcək tropik Manaus şəhərinin mürəkkəb iqlim şəraitləridir.
Tək iki dəfə ingilislər bu turnirin qrup mərhələsini keçə bilməyib – 1950-ci və 1958-ci illərdə. Lakin adətən Avropa komandaları üçün Amerika kontinentində oynamaq çətin olur: hələ heç bir Avropa komandası Cənubi Amerikada keçirilən dünya çempionatında qalib gəlməyib.
Son 16 il ərzində ilk dəfə ingilis məşqçisi tərəfindən idarə edilən İngiltərə millisindən italyanlara və uruqvaylılara qarşı layiqli oyun gözləyirlər, hərçənd bunun asan olmayacağını hamı anlayır. Lakin bu, baş tutsa, artıq dəfələrlə olduğu kimi, ingilis azarkeşlərinin ümidləri göylərədək ucalacaq.
Əsas oyunçu

Şəklin mənbəyi, PA
Manchester United klubunun hücumçusu Wayne Rooney üçün bu, artıq üçüncü dünya çempionatıdır. Əvvəlki ikisində, onun özü dediyinə görə, yaxşı oyun göstərə bilməyib. Bununla belə, cari çempionatın altı seçmə matçında Rooney yeddi qol vuraraq Bobby Charltonun rekorduna yaxınlaşıb. (Charlton milli komandanın tərkibində dünya çempionatları yarışlarında 49 qol vurub.)
Hücumçu Braziliyada seçilmək üçün hər şeyə malikdir – oyun səviyyəsi, təcrübə və optimal yaş. Odur ki, çoxları milli komandanın hücum xəttində öz ümidlərini mövsümdə parlaq oyun nümayiş etdirmiş Liverpool komandasının gənc hücumçusu Daniel Sturridge ilə bağlasalar da, Wayne Rooney komandanın əsas oyunçusu qalır.
Baş məşqçi

Şəklin mənbəyi, AFP
66 yaşlı Roy Hodgson üçün İngiltərə millisi dördüncüdür. Bundan əvvəl o, İsveçrə, Finlandiya və Birləşmiş Ərəb Əmirlikləri millilərinin məşqçisi olub.
Roy Hodgson İngiltərə komandasının 13-cü daimi məşqçisidir. Bu vəzifəyə o, 2012-ci ilim may ayında təyin edilib.
Seçmə mərhələsi
İngilislər çempionatın seçmə mərhələsini, öz qapılarına cəmisi dörd top buraxaraq, məğlubiyyətsiz başa vurublar. Lakin Braziliyaya vəsiqəni seçmə mərhələsinin son turunda təmin edə biliblər, baxmayaraq ki, qrup yarışında onlara ən güclü rəqiblər qismət olmamışdı. Ukrayna, Polşa və Monteneqro ilə oyunlarda zorla qazanılan heç-heçə azarkeşlərin nikbinliyini artırmayıb.
Çıxışların tarixi

Şəklin mənbəyi, AFP
Dünya çempionu adını İngiltərə millisi bir dəfə - 1966-cı ildə - qazanıb. Ondan sonra bircə dəfə 1990-cı ildə komanda yarımfinala çata bilib. 2010-cu il dünya çempionatının dörddə bir finalında Almaniya komandasına ağır məğlubiyyət (1:4) ingilislər üçün müasir dünya futbol elitasına daxil olan komandalarla oynamaq nə dərəcədə çətin olduğunun bariz nümayişi oldu.
QAPIÇILAR
Joe Hart
Yaşı - 27. Klub – Manchester City. Milli komandanın tərkibində oyunlarının sayı – 39.

Şəklin mənbəyi, Getty
Bir sıra uğursuz oyunlardan sonra 2013-cü ilin noyabrında Manchester City-nin məşqçisi Manuel Pellegrini Joe Hart-ı ehtiyat skamyasına göndərib. Lakin dekabrda Joe Hart klubun və millinin qapısında yerini qaytarıb.
Ben Foster
Yaşı – 31. Klub - West Bromwich Albion. Milli komandanın tərkibində oyunlarının sayı – 6.
2011-ci ildə Ben Foster milli komandanın tərkibini tərk etdiyini bəyan edib, lakin ötən il fikrini dəyişib və Wembley stadionunda İrlandiya komandasına qarşı oyunda iştirak etmək şansı alıb. Travmaya görə mövsümdə dekabradək çıxış etməyib, lakin qayıtdıqdan sonra klubun Premyer Liqada qalmasına kömək edib.
Fraser Forster
Yaşı – 26. Klub - Celtic. Milli komandanın tərkibində oyunlarının sayı – 1.
Fraser Forster dalbadal üçüncü dəfə Celtic-in tərkibində Şotlandiya çempionu olub. Futbol karyerasında ən parlaq an 2012-ci ilin noyabrında Çempionlar Liqasında Celtic-in Barselona üzərində qələbəsi olub. Bu görüşdə Forster-in gözəl oyun nümayiş etdirdiyi qeyd olunur.
MÜDAFİƏÇİLƏR
Leighton Baines
Yaşı – 29. Klub - Everton. Milli komandanın tərkibində oyunlarının sayı – 22 (1 qol).

Şəklin mənbəyi, Getty
Evertonun əsas oyunçularından biri olan Leighton Baines-i ötən il Manchester United almağa uğursuz cəhd edib. Ağıllı, təcrübəli və soyuqqanlı bu oyunçu küncdən və cərimə zərbələri ustası və sol cinahla hücumların gözəl təşkilatçısıdır.
Gary Cahill
Yaşı – 28. Klub - Chelsea. Milli komandanın tərkibində oyunlarının sayı – 22 (2 qol).
Jose Mourinho-nun komandasında Gary Cahill özünü etibarlı mərkəzi müdafiəçi kimi göstərib. O, seçmə mərhələnin bütün son dörd oyunlarında iştirak edib və milli komandanın əsas tərkibinin üzvü sayılır.
Phil Jagielka
Yaşı – 31. Klub - Everton. Milli komandanın tərkibində oyunlarının sayı – 24 (1 qol).
Fevralda travma alıb və Braziliya turnirində iştirak edəcəyi şübhəli görünürdü. Lakin mövsümün sonuna yaxın idmançı meydana qayıda bilib. Klubun tərkibində iki oyun keçirdikdən sonra onun milli komandada öz yerini təmin etdiyi şübhə doğurmurdu.
Phil Jones
Yaşı – 22. Klub – Manchester United. Milli komandanın tərkibində oyunlarının sayı – 9.
Ümidverici futbolçu kimi komandaya götürülüb, lakin ümidləri tam doğrultmayıb. Yarımmüdafəçi, mərkəz və cinah müdafiəçisi mövqelərində oynayıb, lakin hələlik klubda və millidə daimi yerini tapa bilməyib.
Chris Smalling
Yaşı – 24. Klub – Manchester United. Milli komandanın tərkibində oyunlarının sayı – 10.

Şəklin mənbəyi, PA
Ötən mövsüm Shris Smalling üçün asan olmayıb. Bu perspektivli futbolçu müdafiənin mərkəzində də, kənarında da oynamağa qabildir, lakin əks-hücuma keçərkən düzgün ötürmələr seçimi ilə problemləri olduğu müşahidə olunur.
Glen Johnson
Yaşı – 29. Klub – Liverpool. Milli komandanın tərkibində oyunlarının sayı – 51 (1 qol).
Klubda mövsümü yaxşı başlayıb, lakin travma alıb və bir sıra vacib görüşləri buraxıb. Qayıtdıqdan sonra komandanın start tərkibində əla oyun nümayiş etdirib. Həmişə sağ cinahda hücuma kömək etməyə qabil olub, bu ildə isə müdafiədə oyununu daha da yaxşılaşdırıb.
Luke Shaw
Yaşı – 18. Klub – Southampton. Milli komandanın tərkibində oyunlarının sayı – 1.
Çox perspektivli sol kənar müdafiəçisidir. Ötən mövsümdə parlaq oyunu ilə Premyer Liqanın aparıcı klublarının diqqətini cəlb edib. Müasir futbolun tələblərinə uyğun cəld və qüvvətli oyunçudur. Məlumatlara görə, Manchester United artıq onun üçün Southampton-a 27 milyon funt sterlinq təklif edib.
YARIMMÜDAFİƏÇİLƏR
Ross Barkley
Yaşı – 20. Klub – Everton. Milli komandanın tərkibində oyunlarının sayı – 3.
Ötən mövsümdə Sheffield Wednesday və Leeds United klublarına icarəyə verildikdən sonra özünü Premyer Liqanın ən təhlükəli hücumçu yarımmüdafiəçilərindən biri kimi gözə düşüb. Evertonun məşqçisi Roberto Martinez onu İngiltərə futbolunun gələcək ən parlaq “ulduzu” adlandırıb.

Şəklin mənbəyi, AFP
Steven Gerrard
Yaşı – 33. Klub – Liverpool. Milli komandanın tərkibində oyunlarının sayı – 109 (21 qol).
İngiltərə futbolunun veteranı son zamanlar daha çox meydanın arxa xəttinə çəkilir, lakin yenə də qol vurmaqda davam edir. Ötən mövsümdə Liverpool-un tərkibində gözəl oyunu ilə fərqlənib, lakin Chelsea ilə matçda yıxılması komandasının “qızıla” şanslarını heçə çıxarıb.
Jordan Henderson
Yaşı – 23. Klub – Liverpool. Milli komandanın tərkibində oyunlarının sayı – 8.
2011-ci ildə Liverpool-a keçdikdən sonra uzun müddət tənqidlərə məruz qalıb. Lakin ötən mövsümdə keyfiyyətli oyunu ilə klubun əsas müdafiəçilərindən biri olub.
Adam Lallana
Yaşı – 26. Klub – Southampton. Milli komandanın tərkibində oyunlarının sayı – 3.
Ötən mövsümdə Southampton-un hücumlarının lideri və təşkilatçısı kimi əla oyun nümayiş etdirib. Texnikalı, cəld, ağıllı futbolçudur. Premyer Liqanın bir çox aparıcı klubları onu öz tərkiblərində görmək istərdi.
Frank Lampard
Yaşı – 35. Klub – Chelsea. Milli komandanın tərkibində oyunlarının sayı – 103 (29).

Şəklin mənbəyi, Getty
İngiltərə millisinin veteranı Lampard-ın yığma komandada yer tutacağı uzun müddət sual altında olub. Bununla belə, onun təcrübəsi və ümumi oyun dərəcəsi komanda üçün olduğca faydalı ola bilər.
James Milner
Yaşı – 28. Klub – Manchester City. Milli komandanın tərkibində oyunlarının sayı – 45 (1 qol).
Fiziki cəhətdən qüvvətli və etibarlı oyunçu, lakin kombinasiyalı oyunda xüsusi istedada malik olmayan Milner ötən mövsümdə öz klubunun tərkibində 31 matçda çıxış edib. Onlardan 19-da kimisə əvəz edib. Ona İngiltərə çempionatının xarici “ulduzları” ilə rəqabət etmək çətindir.
Alex Oxlade-Chamberlain
Yaşı – 20. Klub – Arsenal. Milli komandanın tərkibində oyunlarının sayı – 14 (3 qol).
Diz travmasına görə ötən mövsümdə beş ay çıxış etməyib. Kombinasiyalı futbol oynamağı bacaran cəld, fiziki cəhətdən güclü hücumçu yarımmüdafiəçidir, ən perspektivli gənc İngiltərə futbolçularından biri sayılır.
Raheem Sterling
Yaşı – 19. Klub – Liverpool. Milli komandanın tərkibində oyunlarının sayı – 2.
Sürətli, yüksək texnikaya malik və qapıya uzaqdan zərbə vurmağı bacaran Sterling ötən mövsümdə Liverpool-un tərkibində əla oynayıb. Meydanda xüsusilə komanda yoldaşı Daniel Sturridge ilə bir-birini yaxşı başa düşürlər.

Şəklin mənbəyi, Reuters
Jack Wilshere
Yaşı – 22. Klub – Arsenal. Milli komandanın tərkibində oyunlarının sayı – 15.
İngiltərədə öz nəsli oyunçuları arasında ən yaxşılarından biri hesab edilən bu perspektivli yarımmüdafiəçinin milli komandada yer tutması tamamilə onun mart ayında aldığı travmadan sonra bərpa olması ilə bağlı olub. Mövsümün son matçında o, cəmisi 27 dəqiqə oynaya bilib, lakin milli komandada yer alıb.
HÜCUMÇULAR
Rickie Lambert
Yaşı – 32. Klub – Liverpool. Milli komandanın tərkibində oyunlarının sayı – 4 (2 qol).
Keçmişdə çuğundur hasil edən fabrik fəhləsi olan bu gəncin futbolçu karyerası çətin olub. O, ilk dəfə Prenyer Liqada 30 yaşında oynayıb. Southampton-da mövsümü başa vurduqdan sonra bu güclü hücumçu uşaqlıqdan pərəstiş etdiyi Liverpool-la müqavilə imzalayıb.
Wayne Rooney
Yaşı – 28. Klub – Manchester United. Milli komandanın tərkibində oyunlarının sayı – 89 (38 qol).

Şəklin mənbəyi, Getty
Manchester United-in ötən mövsümdə yaxşı oynamış bir neçə oyunçularından biri olan Rooney yenə futboldan zövq alır. Onun yüksək dərəcəsi şübhə doğurmur və məşqçilərlə azarkeşlərin ümidləri, bəlkə də həddindən artıq, onun bu turnirdə necə oynayacağı ilə bağlıdır.
Daniel Sturridge
Yaşı – 24. Klub – Liverpool. Milli komandanın tərkibində oyunlarının sayı – 10 (3 qol).
İngiltərə millisi hücumunun daha bir ümidi məhsuldarlığına görə Premyer Liqada ötən mövsümün ikinci bombardiri Sturridge-dir. O, cəld, yaxşı texnikaya malik və öz klub və milli komanda üzrə yoldaşı Raheem Sterking-lə əla müntəzəmlik mövcuddur.
Danny Welbeck
Yaşı – 23. Klub – Manchester United. Milli komandanın tərkibində oyunlarının sayı – 21 (8 qol).
Bu mövsümdə klubda oyunu stabil olmayıb, lakin dünya çempionatının seçmə mərhələsində üç qol vuraraq milli komandada oyunu ilə fərqlənə bilib. Manchester United-in hücum xəttində Wayne Rooney-nin partnyoru olararq, Welbeck milli komandanın hücumda oyununu gücləndirməyə qadirdir.

Şəklin mənbəyi, Getty




