Lukaşenko: "Ukraynadakı hadisələrdən yalnız axmaq dərs götürməz"

Şəklin mənbəyi, AP
Belarus prezidenti Aleksandr Lukaşenkonun sözlərinə görə, Ukraynanın ərazi bütövlüyünün tanınması Belarusun prinsipial mövgeyi olaraq qalır.
Fevralın 23-də Minskdə çıxış edən Belarus prezidenti Ukraynanın "bütöv" qalmasının vacibliyini vuğulayıb: "Heç kim bu qüdrətli ölkəni parçalamamaılıdr. Ukrayna bizim üçün özgə ölkə deyil".
Belarus Təhlükəsizlik Şurasının Minskdə keçirilmiş iclasında prezident Lukaşenko bir daha bildirib ki, Belarus Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir.
Müşahidəçilər Lukaşenkonun ilk dəfə deyil ki, Moskvanın mövgeyindən fərqli xarici siyasət yüryütdüyünü qeyd edirlər. 2008-ci ilin Rusiya-Gürcüstan münaqişəsindən sonra Moskvanın göstərdiyi təzyiqlərə baxmayaraq, Belarus Abxaziya və Cənubi Osetiya respublikalarını indiyədək tanımayıb.
"Minskdə Maydan olmayacaq"
Minskdə keçirilmiş toplantıda çıxış edən prezident Lukaşenko Ukraynadakına bənzər hadisələrin Belarusda təkrarlanmasının mümükünsüz olduğunu qeyd edib.
"Bizdə bunun üçün əsas yoxdur, o deyib, - hökümətin çökməsinin əsas səbəbi korrupsiyadır, iqtisadiyyatın məhv edilməsidir".
"Biz buna yol verməmişik və bu bizim ən əsas nailiyyətimizdir", Lukaşenko deyib.
Lukaşenkonun təbirincə, "Minskdə Maydan təkrarlanmayacaq".
"Ukraynadakı hadisələrdən yalnız axmaq dərs götürməz", Belarus prezidenti firkini davam edib.
Prezident Lukaşenko Belarusun Ukrayna ilə əməkdaşlığı o cümlədən iqtisadi sahədə də davam etdirdiyini bildirərək, Minskin Ukraynaya humanitar yardım göstərməyə hazır olduğunu deyib.
Ticarət həcminə görə Ukrayna Rusiya və Aİ-dan sonra Belarusun 3-cü iqtisadi partnyorudu.
2013-cü ildə Belarusla Ukrayna arasında ticarət dövryyəsi 6 milyard dollar təşkil edib.




