Ukraynada böhran: Kerry Putinlə görüşü təxirə salıb

Şəklin mənbəyi, AP

ABŞ dövlət katibi John Kerry, Moksva Vaşinqtonun Ukrayna böhranın həlli ilə bağlı təkliflərinə maraq göstərməyənədək Rusiya prezidenti Vladimir Putinlə görüşməkdən imtina edib.

Cənab Kerry rusiyalı həmkarı Sergey Lavrova Rusiyanın Krımdakı hərəkətinin istənilən danışıqların olması imkanını gərginləşdirdiyini bəyan edib.

Amerika rəsmilərinin sözlərinə görə, danışıq üçün mövzular bazar günü Krımın Rusiyanın ərazisinə daxil olması haqda keçiriləcək referendum baş tutacağı halda daha da azalacaq.

Ukraynanın yeni hakimiyyəti və Qərb ölkələri gözlənilən referendumu qanunsuz adlandırırlar.

Lavrovla söhbətdə Kerry, Moskvanı, bir daha diplomatiyanı təmin etməsi üçün Rusiya hərbi qüvvələrinin Ukraynaya daxil olmasını dayandırmağa çağırıb.

Daha öncə ABŞ prezidenti Barak Obama ilə telefon danışığında prezident Putin Rusiyanın Krımdan kömək haqda edilən çağırışlarını geri çevirə bilməyəcəyini və bu vəziyyətdə hərəkət etdiyini bəyan edib.

Putinlə görüşdə Lavrov, Rusiya tərəfinin ABŞ-dan “Moskvanı qane etməyən konsepsiya” olan “kağız” aldığını deyib.

ABŞ Dövlət Departamentinin təmsilçisi Jen Psaki Vaşinqtona Rusiyanın böhrandan çıxmaqla bağlı təkliflərə qoşulmasına hazır olması haqda konkret sübutlar lazım olduğunu bəyan edib.

Rusiyameylli qüvvələr Krımda ukraynalı hərbi hərəkətlərə davam edir. Rusiya tərəfi üzərində hər hanşı nişanə olmayan silahlı insanları “Krımın özünümüdafiəsi” adlandırır.

John Kerry və Sergey Lavrovun son günlər bir neçə görüşü baş tutub, amma bu danışıqlar əhəmiyyətli nəticələrə gətirib çıxartmayıb.

Bazar günü xarici işlər naziri Sergey Lavrov Rusiya prezidenti Vladimir Putinə bildirib ki, Ukraynada vəziyyətin tənzimlənməsi üzrə ABŞ üçün qarşılıqlı <link type="page"><caption> təkliflər hazırlayıb</caption><url href="http://www.bbc.co.uk/azeri/region/2014/03/140311_140310_crimea_russia_lavrov.shtml" platform="highweb"/></link>. Hərçənd ki, bundan öncə Rusiya ABŞ dövlət katibi John Kerry tərəfindən irəli sürülən təkliflərin Rusiyanı qane etmədiyini açıqlayıb.