ABŞ: Ukrayna Qərblə Şərq arasında mübarizə yeri deyil

Şəklin mənbəyi, Reuters
ABŞ dövlət katibi John Kerry bəyan edib ki, Ukrayna Şərq və Qərb arasında mübarizə obyekti deyil.
Diplomat bildirib ki, bütün tərəflər Ukraynada stabilliyi qorumaq üçün birgə səylər etməlidir.
"Bu, sıfırdan başlayan oyun deyil, bu, Qərbin Şərqə və ya Rusiyanın ABŞ-a qarşı mübarizəsi deyil. Əsas- gələcək üçün seçim edən ukraynalılardır. Biz gələcəkdə sülh olması üçün Rusiya və digər arzu edən ölkələrlə işləmək istəyirik".
Ölkənin şərqində və cənubunda yaşayanların çoxu devrilmiş prezident Viktor Yanukoviçin tərəfdarları olduğundan yeni höküməti narazılıqla qarşılayır.
Rəsmi Moskva bu regionlarda yaşayan rusdilli əhali barədə narahat olduğunu bildirib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya qonşu ölkələrlə "qarışmamaq" siyasəti aparır. Fəqət nazir, adlarını açıqlamadığı digər ölkələri vəziyyətdən "birtərəfli istifadə etməkdə" ittiham edib.
Çərşənbə axşamı müvəqqəti hökümət rəhbəri Aleksandr Turçinov deyib ki, ölkənin şərqindəki separatçılıq ciddi zərbədir.
Şənbə günü devrilmiş prezident Yanukoviç Kiyevdən qaçıb və onun yeri bilinmir.
Yeni hökümət onu <link type="page"><caption> axtarışa</caption><url href="http://www.bbc.co.uk/azeri/region/2014/02/140225_ukraine_new_government.shtml" platform="highweb"/></link> verib. Həmçinin çərşənbə axşamı Radada onun Beynəlxalq Cinayət Məhkəməsinə verilməsi barədə səsvermə keçirilib. Yanukoviçə qarşı insanlığa qarşı, Maydanda 100 nəfərdən çox ukraynalının ölümünə görə məsuliyyətə cəlb edilməsi istənilir.
Rusiyanın baş naziri Dmitri Medvedyev baş verənləri "silahlı üsyan" adlandırıb.
Ötən ilin noyabrında Rusiya ilə daha yaxın əlaqələrə üstünlük verən prezident Yanukoviçin Avropa İttifaqı ilə siyasi və ticarət sazişindən imtinası ölkə boyu etirazlara təkan verib.




