Ukrayna iqtisadiyyatında tənəzzül əlamətləri güclənməkdədir

Şəklin mənbəyi, BBC World Service
Ukrayna qrivnasının dollara nisbətdə məzənnəsi son 18 ilin ən aşağı səviyyəsinə düşüb.
Ötən cümə günü Ukrayna Mərkəzi Bankı valyutanın məzənnə kursunu növbəti dəfə endirərək xaricə pul köcürmələrini və investisiya məqsədilə xarici valyutanın alış-verişini qadağan edib.
Rəsmi statistikaya əsasən, təkcə yanvar ayında qrivna məzənnəsinin dəstəklənməsinə Mərkəzi Bank $1.7 mlrd xərcləyib. Nəticədə Britaniyanın valyuta ehtiyyatları $17.8 mlrd səviyyəsinə enib.
Ukrayna rəsmiləri milli valyutanın 10% dəyərdən düşməsinin səbəbini noyabr ayından davam edən kütləvi etirazlarda görürlər.
Lakin tənqidçilər məhz hökümətin bacaraqsız idarəçiliyini iqtisadi geriləmənin kökündə durduğunu deyirlər.
Maraq azalır
2013 ilin sonunda Ukraynanın investorlar üçün cazibədarlığı son 5 ilin ən aşağı nöqtəsində olub, Ukraynada mənzillənən Avropa Biznes Assosiyasiyası bildirib (EBA).
Investorlara görə rəsmi Kiyevin Aİ ilə yaxınlaşmaqdan imtina etməsi korrupsiya, ticarət baryerləri, valyuta idarəçiliyi, gömrük rüsumları kimi mövcud problemlərin siyahısını daha da artırıb.

Şəklin mənbəyi, BBC World Service
"Investorlar ümid edirdilər ki, Aİ ilə inteqrasiya Ukraynada biznes qaydalarını daha şəffaf və ədalətli edəcək” EBA-nın direktoru Anna Derevyanko deyib.
Kiçik biznes - böyük problemlər
Kiyev etirazlarında iştirak edən kiçik biznes təmsilçiləri irimiqyaslı korrupsiya, vergi, gömrük və bu qəbildən olan təzyiqlərdən bezdiklərini bildirirlər.

Şəklin mənbəyi, BBC World Service
2010-2012 illər arasında Ukraynada 600,000, biznes müəssisəsi bağlanılıb.
Ukraynanın ağır sənayesinin əsas obyektləri Ukraynanın şərqində yerləşir. Prezident Yanukoviçin elektoratı, Ukrayna oliqarxlarının əksəriyyəti məhz bu bölgə ilə bağlıdır.
Oliqarxlar 2013-cü ilin birinci yarısında prezidentlə bərabər Aİ ilə inteqrasiyanı dəstəkləyirdilər. Lakin Rusiya ilə ticarətdə problemlər yarandıqdan sonra onların fikri dəyişdi.
Oliqarxlar Avropa ilə yaxınlaşmanın baha başa gəldiyini deməyə başladılar.
Lakin etirazlar zorakı səciyyə aldıqca, və Qərb Ukrayna rəsmilərinə qarşı mümkün sanksiya ölçülərini müzakirə etməyi nəzərdən keçirəndə, bəzi oliqarxların mövgeyində növbəti dönüş sezilməyə başladı.
Xaricə köç
Varidatı $15.4 mlrd güman edilən və Ukraynanın ən məşhur oliqarxı sayılan Rinat Ahmetov Kiyevin Aİ ilə inteqrasiyadan imtina edilməsinin səbəblərinə aydınlığın gətirilməsinə çağırıb.
Həmin çağırış Ahmetova məxsus olan System Capital Management (SCM) şirkətinin vebsaytında dərc olunub.

Şəklin mənbəyi, BBC World Service
Eyni zamanda, ilk növbədə ölkənin qərbindən və kənd bölgələrindən olan, xeyli sayda ukraynalılar iş və pul dalınca xaricə üz tutur.
2012-ci ildə xaricdə işləyən ukraynalılar vətənə $7.5 mlrd (yəni Ukraina ÜDM-nin 4%-i həcmində) pulu bank transferləri vasitəsilə göndəriblər.
Dünya Bankına əsasən bu göstəriciyiə görə Ukrayna dünyada ilk on ölkə siyahısına daxildir.
Təxminlərə görə 2013-cü ildə xaricdən pul göndərmələri vasitəsilə Ukrayna iqtisadiyyatı əlavə $9.3 mlrd dollar əldə edib. Son zamanlar xaricdə işləyən ukraynalıların sayı isə 5 milyona yaxınlaşıb.




