Suriya danışıqları: hakimiyyətin ötürülməsi məsələsi Cenevrədə dalana dirənib

Genevr'

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Suriya nümayəndə heyətinin rəhbəri Walid al-Mouallem

Hakimiyyətin gələcək keçid hökümətə ötürülməsi məsələsi Cenevrədə aparılan Suriya sülh danışıqlarında dalan vəziyyətin yaranmasına səbəb olub.

Tərəflər prezident Bəşər əl-Əsədin taleyi məsələsində ümumi məxrəcə gələ bilmirlər.

Homs şəhərinin mühasirəyə alındığı hissəsinə yardım karvanın buraxılması məsələsində də irəliləyiş əldə olunmayıb.

Həm Suriya dövlət mediası, həm müxalifət nümayəndələri rəsmi Dəməşqin hazırladığı prinsiplər deklarasiyasının müxalifət tərəfindən rədd ediliyini bildiriblər.

Deklarasiyada qeyd olunur kı, ölkədəki siyasi sistemi suriyalılar xaricdən təlqin edilən formulalar əsasında seçmirlər.

Sənəddə eləcə də hakimiyyətin ötürülməsindən isə "terrorizm" məsələsinin müzakirə edilməsi təklif olunur.

Müxalifət isə, əksinə, ilk öncə prezident Əsədin keçid höküməti tərəfindən əvəz edilməsində təkid edir.

'Çoxlu sayda yaralı'

Müxalifət nümayəndəsi Monzer Akbik, bazar ertəsi tərəflər arasında keçid höküməti məsələsinin müzakirəyə çıxarılmasının vacibliyini bildirib.

Geneva

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Genevrədə keçirilən Suriya danışıqlarının iştirakçıları

Gündəlikdə, eləcə də, Homs şəhərinə BMT humanitar yardımının göndərilməsi məsələsi də olmalı idi.

Suriya Xarici İşlər nazirinin müavini Faisal Mekdad isə bazar günü bildirmişdi ki, qadın və uşaqlara şəhəri tərk etməyə icazə verilib, lakin üsyançı "silahlı dəstələr bunun qarşısını alır".

Bu arada BMT vasitəçisi Lahdar Brahimi BMT və Qırmızı Xaç humanitar karvanının Homs şəhərinə bazar ertəsi günü çata biləcəyinə ümidvar olduğunu bildirmişdi.

Lakin Monzer Akbik karvanın bazar ertəsi günü Homs şəhərinə daxil olması barədə xəbərlərin gəlmədiyini bugün bildirib.

Onun sölərinə görə, əsirlərin azad edilməsi məsələsində də irəliləyiş yoxdur.

"Qırmızı Xaç təşkilatının 12 yük maşını hazırda əraziyə daxil olmaq üçün icazə gözləməkdədir, lakin icazə verilmir", Suriya müxalifətinin təmsilçisi bildirib.

Məlumatlara görə, Homs şəhərinin tarixi hissəsində yüzlərlə adam, o cümlədən, çoxlu sayda yaralı mühasirədə qalmaqdadır.

Yerli jurnalistlərdən biri BBC-ə bildirib ki, mühasirədə qalanların ərzaq və dava-dərman ehtiyyatı tükənib, "onlar snayper gülləsinə tuş gəlməsələr belə, aclıq, xəstəlik və yaralardan keçinirlər".

"Hörmət və nifaq'

Bazar günü Suriya böhranı üzrə BMT vasitəçisi Lahdar Brahimi etiraf edib ki, Cenevrə danışıqları ləngiyir.

Lahdar Brahimi

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, BMT vasitəçisi Lahdar Brahimi

Lakin BMT vasitəçisi "tərəflərin ümumi bəyanat razılaşdıra biləcəklərinə" ümid etdiyini də vurğulayıb.

Onun təbirincə, sövdələşmənin əldə edilməsinin perspektivinə dair fikir söyləmək "hələ xeyli tezdir".

Müxalifət və hökümət arasında konfransın məqsədinə dair dərin fikir ayrılığı mövcuddur.

Müxalifət rəsmi Dəməşqin keçid hökümətin yaradılmasına çağırış edən 'Cenevrə-I' konfransının kommünikesini imzalmasında təkid etməkdədir.

Suriya hökümət isə ilk növbədə "terrorizm" məsələsinin müzakirə edilməsini tələb edir.

Brahiminin sölərinə görə, bazar günü keçən danışıqlarda, onun təbirincə, müşahisdə edilmiş "hörmət və nifaq ab-havası ümidvericidir".

Nümayədə heyətləri arasında mükalimə Lahdar Brahimi vasitəsilə həyata keçirilıir.

Suriyada 2011-ci ildən başlamış və davam edən vətəndaş müharibəsi gedişində indiyədək 100 000 adam həlak olub.

Münaqişə nəticəsində 9.5 milyon insan daimi yaşayış yerlərini tərk etməyə məcbur olub və nəticədə Suriya ilə həmsərhəd ölkərələrdə də irimiqyaslı humanitar böhran vəziyyəti yaranıb.