Suriyada işgəncə şəkilləri

Suriyada üsyan başlayandan 11,000 məhbusun işgəncəyə məruz qalması və edam edilməsini iddia edən sabiq hərbi prokurorların hazırladığı hesabatdan götürülmüş foto şəkillər.

Suriyada İşgəncələr barədə 'Caesar' hesabatından foto
Şəklin alt yazısı, Sabiq hərbi prokurorların hazırladığı hesabatda deyilir ki, üsyan başlayandan 11,000 məhbusun prezident Bəşər Əsəd höküməti tərəfindən işgəncə verilərək edam edilməsinə dair sübut-dəlillər var.
Suriyada İşgəncələr barədə 'Caesar' hesabatından foto
Şəklin alt yazısı, Hesabatda bildirilir ki, şəkillərin hamısı hərbi polis fotoqrafçısı tərəfindən 2011-ci ildə üsyan başlayandan sonra çəkilib. Sənədlərdə adı Sezar kimi çəkilən həmin şəxs müstəntiqlərə bildirib ki, onun işi edamın həyata keçirilməsini sənədləşdirmək üçün meyitlərin şəkillərini çəkməkdən ibarət olub. Onun məlumatlarını araşdıran 3 keçmiş hərbi prokuror materialları inandırıcı sayıblar.
Suriyada İşgəncələr barədə 'Caesar' hesabatından foto
Şəklin alt yazısı, Cəsədlərin əksəriyyəti 20-40 yaş arasında olan kişilərə məxsusdur. Cəsədlədəki izlər məhbusların aclıq çəkməsindən xəbər verir. Çoxlarının bədənində işgəncə izləri qalıb: yanıq yerləri, döyülmə izləri, zədələr, elektrik cərəyanı izi, boğulma yolu ilə öldürülmə izi. Hər bir cəsədin üstündə nömrəsi görünür. Məruzədə bu amil qətllərin təşkil olunmuş qaydada həyata keçirldiyinin sübutu kimi qiymətləndirilib.
Suriyada İşgəncələr barədə 'Caesar' hesabatından foto
Şəklin alt yazısı, Şəkilləri çəkən Sezar ləqəbli fotoqraf Suriyadan qaçıb. Onun sözlərinə görə, bəzən 1 gündə azı 50 cəsədin fotosunu çəkmək lazım gəlib. Qurbanların yaxınlarına isə deyilib ki, onlar güya ürəktutmadan, nəfəsalma sistemində yaranan problemlərdən keçiniblər. Cəsədlər kənd bölgələrində basdırılıb.
Suriyada İşgəncələr barədə 'Caesar' hesabatından foto
Şəklin alt yazısı, Suriya höküməti müntəzəm olaraq opponentlərinin işgəncələr barədə iddialarını rədd edib. Suriya höküməti bu həftə İsveçrədə keçiriləcək sülh danışıqlarında iştirak etməlidir. Rəsmi Dəməşq artıq bildirib ki, hakimiyyətdən imtina etmək niyyətində deyil.