BMT Bəşər Əsədin Suriyada hərbi cinayətlərlə bağlılığına işarə edib

BMT-nin insan haqları üzrə komissarı bildirib ki, araşdırma nəticələrinə əsasən, Suriyada hərbi cinayətlərə o cümlədən, prezident Bəşər Əsəd də daxil olmaqla, "ən yüksək səviyyədə" razılıq verilib.
İlk dəfədir ki, BMT İnsan Haqları ofisi birbaşa və açıq olaraq prezident Əsədin adı Suriyada törədilmiş cinayətlərlə bağlı çəkilir.
BMT Komissarı Navi Pillay deyib ki, onun ofisi tərəfindən tərtiblənən cinayət törətmə iddiası əsasında araşdırılmaya cəlb edilən digər şəxslərin də adı hesabata daxil edilib.
BMT təxminlərinə görə, Suriya münaqişəsində 100,000-dən çox adam həlak olub.
BMT-nin Suriya üzrə komissiyası "insanlıq əleyhinə cinayətlər, hərbi çinayətlər, olduqca ağır cinayətlərə dair ciddi dəlillər" təqdim edib.
Dəlillər "dövlət başçısı da daxil olmaqla, hökümətin ən yüksək səviyyələrinin" məsuliyyətini aşkar edib, məlumatda bildirilir.
Araşdırmada eləcə də ilkin qaydada Suriyada üsyançı qüvvələr tərəfindən insan haqlarının pozulmasına dair dəlillərin olduğu qeyd olunub.
Güman edildiyinə görə Navi Pillayın qeyd etdiyi siyahıya Suriya hərbiyyəsi və hökümətinin yüksək rütbəli şəxsləri daxil edilib.
Lakin, siyahıya daxil olunanların adı və onların iddia edildiyi cinayətləri məfvi olaraq saxlanılmaqdadır.
Siyahıya daxil olunanların işinə araşdırmaların yekununda İCC Beynəlxalq Cinayətlər Məhkəməsində baxılacağı güman olunur.




