BMT müfəttişləri Dəməşqi tərk edib

BMT kimyəvi silah müfəttişləri

Suriyada kimyəvi hücum hallarını araşdıran BMT müfəttişləri işlərini bitirəndən sonra Dəməşqi tərk ediblər.

BMT komandası Suriyaya iddia olunan kimyəvi hücum yerlərini araşdırmaq üçün gəlmişdi.

Onlardan biri, avqustun 21-də baş verən, az qala Qərbin hərbi hücum etməsinə gətirib çıxaran hücumdur.

Komandanın hesabatı müəyyən edib ki, hücumda sarin sinir qazından istifadə olunub - amma bunu hansı tərəf təşkil etdiyini bildirməyib.

Gozlənilir ki, digər kimyəvi müfəttişlər komandası Suriyadakı kimyəvi silahları məhv etmək prosesini başlayacaq. Rəsmi Dəməşq buna BMT mandatı çərçivəsində razılıq verib.