Erdoğanın etirazçılara xəbərdarlığı: "Daha heç bir tolerantlıq olmayacaq"

Türkiyədə baş nazir Recep Tayyip Erdoğan deyib ki, etirazları "daha heç bir tolerantlıq" göstərməyəcək.

Çevik polis qüvvələri iki həftədir etirazların mərkəzi olan Taksim Meydanını boşaldandan sonra cənab Erdoğan and içib ki, nümayişlərə son qoyacaq.

Polislər Gezi Parkında düşərgə salan insanları qaçırmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib, bu isə etirazçıların qonşu Gezi Parkına qaçmağına səbəb olub.

Bəziləri isə polisə fişəng, yanğın bombası və daş atıb.

İğtişaşlar polisin Gezi Parkına "hücum"undan sonra başlayıb və hökümətə qarşı etirazlara çevrilib. Əsas səbəb kimi baş nazir Recep Tayyip Erdoğanın cəmiyyəti "avtoritar və mühafizəkar İslam qanunları" ilə idarə etməsi olub.

Polisin meydana gəlişi isə baş nazırin çərşənbə günü aksiyaçıların nümayəndələri ilə görüşməyə razılıq verməsindən sonra olub.

Çərşənbə axşamı səhəri dəbilqə geyinmiş polis xüsusi silahlanmış maşınla meydana daxil olub və etirazçıların iri banerini yığışdırıb.

İstanbul meri Huseyin Avni Mutlu bildirib ki, polis etirazçılara toxunmayıb.

"Məqsədimiz Atatürk heykəli və Atatürk Mədəniyyət Mərkəzindən asılmış şəkil və elanları yığmaqdır. Başqa məqsədimiz yoxdur", o Twitter profilində yazıb.

"Gezi Parkı və Taksimə toxunulmayacaq".

BBC müxbiri Lowen deyir ki, bu etirazçılara "qəsdən edilən güc nümayişi" olub.

Hazırda Taksimdə nümayişlərin on ikinci günüdür.

Mayın 31-də başlayan hadisələr üç nəfərin ölümü və beş min nəfərdən çoxunun yaralanmasına səbəb olub.