İran ABŞ-ın İraqdakı hərbi bazalarına zərbə endirib

Şəklin mənbəyi, IRIB
ABŞ-ın Müdafiə Nazirliyinin məlumatına görə, İraqda ABŞ qoşunlarının yerləşdiyi azı iki aviabazaya ondan çox ballistik raket zərbələri endirilib.
İranın dövlət televiziyası hücumun ölkənin ən yüksək hərbi komandiri Qasım Süleymaninin ABŞ prezidenti Donald Trump-ın göstərişi ilə Bağdadda pilotsuz təyyarə vasitəsilə vurularaq öldürülməsinə cavab olduğunu bildirib.
Pentaqon İraqın İrbil və Əl-Əsəd bölgələrində azı iki yerə hücum edildiyini bildirib.
İtkilərin olub-olmadığı məlum deyil.
"ABŞ-ın İraqdakı obyektlərinə hücum məlumatları barədə xəbərdarıq. Prezidentə məlumat verilib və vəziyyəti yaxından izləyir və milli təhlükəsizlik komandası ilə məsləhətləşir", - Ağ Evin sözçüsü Stephanie Grisham bildirib.
İran İnqilab Keşikçiləri hücumun cümə günü baş verən Süleymaninin ölümünə cavab olduğunu deyib.
"Biz onun terrorçu ordusuna bazalarını verən bütün ABŞ müttəfiqlərinə İrana qarşı hər hansı təcavüzkar hərəkətlərin başlanğıc nöqtəsi olan hər bir ərazinin hədəfə alınacağı ilə bağlı xəbərdarlıq edirik" - İranın dövlət İRNA xəbər agentliyinin verdiyi açıqlamada bildirilir.
İranın xarici işlər naziri Cavad Zərif Twitter hesabında hücumun özünümüdafiə xarakteri daşıdığını və vəziyyətin müharibəyə çevrilməsini istəmədiyini yazıb.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X, 1
Bir müddət sonra ABŞ Prezidenti Donald Trump "hər şey yaxşıdır" yazıb, əlavə edib ki, hələlik itki ehtimalları qiymətləndirilməyib.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X, 2






