Qasım Süleymaninin öldürülməsi regiona necə təsir edə bilər?

Qasım Süleymani və İranın dini lideri Əli Xamenei

Şəklin mənbəyi, khamane.ir

Şəklin alt yazısı, Qasım Süleymani və İranın dini lideri Əli Xamenei

Bağdadda ABŞ hərbçilərinin raket zərbəsiylə öldürülən İran İnqilab Keşikçiləri Korpusu Qüds qüvvələrinin komandiri Qasım Süleymani ölkə xaricindəki əməliyyatlara rəhbərlik edirdi. ABŞ da, İranın bu coğrafiyadakı ən böyük rəqibləri olan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də onu bölgədəki silahlı qruplaşmaları dəstəkləməkdə ittiham edirdilər.

Birbaşa İranın ali dini lideri Əli Xameneyiyə tabe olan Süleymani 1979-u il islam inqilabından sonra ona ən yaxın fiqurlardan biriydi.

Livan, Suriya, İraq və Yəməndəki qarşıdurmalarda önəmli rol oynamış Süleymani İranın bölgəylə bağlı siyasətini müəyyənləşdirənlərdən biri, ölkənin bu coğrafiyadakı hərbi mövcudluğunun əsas təşkilatçısıydı.

Süleymani Qüds qüvvələrinə 1998-ci ildən rəhbərlik edirdi. İranın Livandakı "Hizbullah"la, Suriyadakı "Bəəs" hakimiyyətiylə və İraqdakı şiə silahlı qruplarıyla münasibətlərin daha da yaxşılaşmasında xüsusi rol oynamışdı.

İsrailin və bəzi ərəb ölkələrinin kəşfiyyat orqanlarının ona qarşı dəfələrlə sui-qəsd təşkil etdiyi, amma bütün cəhdlərin boşa çıxdığı bildirilir.

İran İnqilab Keçikçiləri Korpusu ABŞ-ın "xarici terror təşkilatları" siyahısındadır.

İran ordusunun ən önəmli rəhbərlərindən olan yüksək çinli komandirlərindən birinin ABŞ tərəfindən öldürülməsi bu ölkəylə İran arasındakı gərginliyin daha da artmasına səbəb olacaq.

İranın dini lideri Əli Xameneyi dövlət televeziyasındakı çıxışında Süleymaninin "cənnətə getdiyini, günahkarların çox sərt bir intiqamla cəzalandırılacağını" bildirib:

"Süleymaninin öldürülməsi ölkədə İsrailə və ABŞ-a qarşı mübarizə stimulunu ikiqat artıracaq. Dünən gecəki hadisədə əllərini onun və digər şəhidlərin qanlarına bulayan günahkarları çox sərt intiqam gözləyir".

İran prezidenti Həsən Ruhaninin sözçüsü də ABŞ-ın qırmızı xətti keçdiyini deyib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Süleymaninin öldürülməsini cavabsız qoymayacaqlarını və buna görə ABŞ-ın məsuliyyət daşıdığını bildirib.

Süleymaniylə birlikdə öldürüldüyü iddia edilən Əl Mühəndisi İraqdakı "Həşdi-Şəbi" ordusunun Hadi Əl Əmiridən sonra ikinci önəmli fiquruydu. "Hizbullah Tuqayları"nın rəhbəri Əl Mühəndisi bir il əvvəl verdiyi müsahibədə Süleymaniylə münasibətlərini "əsgərin komandirinə bağlılığı" kimi ifadə etmişdi.

ABŞ 8 noyabr 2019-cu ildə "Həşdi-Şəbi"ni "terror təşkilatı" olaraq qəbul etdiyini açıqlamışdı.

Yaxın Şərq mütəxəssisləri "Twitter"də əməliyyatın əhəmiyyətini və mümkün nəticələrini şərh ediblər.

Washington-un Yaxın Şərq İnstitutunun direktoru Charles Lister yazıb ki, "Süleymaninin öldürülməsinin nəticələrini təxmin etmək çox çətindir. Bu, Yaxın Şərqdə son illərin ən böyük xəbəridir". O, ABŞ-n tezliklə Suriyadan və İrakdan tamamən çıxa biləcəyini qeyd edib.

Paylaşımını ötürün X, 1
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X, 1

"İran ABŞ-ın verə biləcəyi reaksiyalara ciddi yanaşmadı" yazan Qlobal Siyasət Mərkəzi Qeyri-hökumət Aktyorları Proqramının direktoru Hassan Hassan bu ölkənin son həftələrdəki hərəkətlərini sadalayıb:

  • ABŞ-ın pilotsuz təyyarəsini məhv edib;
  • Səudiyyə Ərəbistanındakı neft təsislərinə hücum edib;
  • Amerikanın hərbi bazasına hücum edib, podratçılardan birini öldürüb;
  • ABŞ səfirliyinə hücum təşkil edib;
  • Bütün bunların ardınca da Süleymani məğlubedilməz olduğunu düşünərək ortalıqda açıq şəkildə dolaşmağa davam edib.
Paylaşımını ötürün X, 2
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X, 2

İraqda işləyən jurnalist və araşdırmaçı Patrick Osgood isə belə şərh edib: "ABŞ ya İranla müharibəyə hazırdır - ki, bunun olmaq ehtimalı azdır, ya da böyük bir qaz tankerinə siqaret atıb çəkildi, iraqlıları da bunun nəticələrini yaşamaq üçün geridə buraxdı".

Paylaşımını ötürün X, 3
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X, 3

Gərginlik necə artdı?

2015-ci ildə İranla beş ölkə (BMT Təhlükəsizlik Şurasının üzvləri ABŞ, Çin, Rusiya, İngiltərə, Fransa və Almaniya) arasında imzalanmış 5+1 formatlı razılaşmadan sonra ölkədəki uran sentrifuqaları təxliyə edilmişdi.

Genişmiqyaslı Ortaq Fəaliyyət Planı adlandırılan bu razılaşmaya görə, beynəlxalq iqtisadi sanksiyalar aradan qaldırılmalı, İran nüvə fəaliyyətini məhdudlaşdırmalıydı.

Ancaq 2018-ci ilin may ayında ABŞ prezidenti Donald Trump Amerikanın bu razılaşmadan çıxdığını açıqlamış, İrana qarşı sanksiyaları bərpa etmişdi.

Bundan sonra iki ölkə arasında gərginlik bərpa olunmuş, son aylarda daha da artmışdı.

İlk hadisələrdən biri 12 may 2019-cu ildə BƏƏ-nin Fuceyrə əmirliyindəki dörd tankerin partlaması oldu. Onlardan ikisi Səudiyyə Ərəbistanı, biri Norveç, biri də BƏƏ bayrağı altında üzürdü. ABŞ baş verənlərə görə İranın məsuliyyət daşıdığını açıqladı, İran iddiaları rədd etdi.

Bu hadisədən bir ay sonra rəsmi Tehran 27 iyun 2019-cu ildə zənginləşdirilmiş uranla bağlı razılaşmada nəzərdə tutulmuş 300 kq-lıq limiti keçəcəyini bəyan etdi.

Bu tarix hələ gəlib çatmamış Ümman dənizində bir Yaponiya və bir İsveç neft tankerində partlayışlar baş verdi. ABŞ peyk görüntülərinə istinad edərək hadisənin İnqilab Keşikçiləri tərəfindən törədildiyini bildirdi.

İran bu iddiaları rədd etdi.

Ardınca Amerika bölgəyə 1000 əsgər göndərəcəyini açıqladı.

İyunun 20-sində isə İnqilab Keşikçiləri pilotsuz ABŞ təyyarəsinin İranın hava ərazisinə girdiyini və onu vurduğunu bəyan etdi. Vurulmuş texnikanın sərnişin təyyarəsi böyüklüyündə olduğu bildirildi.

Bundan sonra Amerika İrana qarşı şəxsən Əli Xameneyiyə də toxunan yeni sanksiyalar tətbiq etdi.

Sanksiyalar barədə qərarını açıqlayan Trump təyyarənin vurulmasına cavab olaraq İrandakı 3 hədəfə hücum planı hazırladıqlarını, "ancaq əməliyyatda 150 nəfər öləcək deyə" ondan vaz keçdiklərini bildirdi.

İranla müharibə istəmədiyini deyən Trump belə bir məcburiyyət yaranacağı təqdirdə bu ölkənin "yox olmaq təhlükəsiylə üz-üzə qlacağını" dedi.

14 sentyabrda Səudiyyə Ərəbistanındakı üç böyük neft təsisinə hücumlar oldu, ölkənin neft hasilatı yarıbayarı azaldı. Həm rəsmi Riyad, həm də rəsmi Washington bu hücumlara görə İranın məsuliyyət daşıdığını açıqladı.

Rəsmi Tehran bu iddianı da rədd edərək istənilən hücuma dərhal və ciddi cavab veriləcəyini bildirdi.

İran prezidenti Həsən Ruhani Səudiyyə Ərəbistanının neft təsislərinin Yəməndəki husilər tərəfindən, xəbərdarlıq olaraq vurulduğunu dedi.

İranın dəstəklədiyi husilər Səudiyyə Ərəbistanının dəstəklədiyi Yəmən ordusuna qarşı vuruşurlar.